Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı kulinar Maltada keçirilən yarışda qələbə qazandı


Malta, İstanbul və Dubayda keçirilən beynəlxalq kulinariya çempionatlarında ölkəmiz də təmsil olunub


“Ölkə.Az” xəbər verir ki, həmişə olduğu kimi bu yarışmalardan da kulinarlarımız Vətənə medallarla dönüblər.

İlk çempionat Maltada keçirilib. Maltanın Prezidenti xanım Marie Louise Coleiro Preca beynəlxalq kulinariya çempionunun açılış mərasimində çıxış edərək komandalara uğurlar arzulayıb.

Ölkəmizi bu yarışda Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Elnurə Quliyevanın rəhbərliyi altında aşpazlar Ağa Salamov, Sarxan Məmmədov və Nicat Babayev təmsil edib.
 “Malta-2018” adlı çempionatında 350-dən çox aşpaz iştirak edib. Münsiflər heyətində Azərbaycan, Almaniya, Norveç, Fransa, Portuqaliya, Sloveniya və İtaliyadan olan mütəxəssislər təmsil olunub.

Təkbətək və komanda yarışlarında Azərbaycan komandası ümumilikdə 6 yarışmada uğurlu nəticə (3 gümüş, 2 bürünc, 1 fərqlənmə diplomu) göstərib.
İstanbulda keçirilən növbəti yarışmada 24 ölkə iştirak edib. Burada da kulinarlarımız 3 qızıl, 6 gümüş, 4 bürünc və 1 fərqlənmə diplomu qazanıblar. Bu çempionatda Mədinə Əliyevanın rəhbərliyi altında Nərmin Rəcəbova, Halil Kozakoğulları, Ruslan Şixiyev, Valeh İmranov və Timur Pivkin iştirak ediblər.
Yarışlarda bir neçə medal qazanan kulinarımız Ağa Salamov deyib:

"Maltada keçirilən yarışda son anda medalı qazandım. Son saniyədə. Yarış çox gərgin və məsuliyyətli yarış idi. Belə ki, Avropadan olan ən güclü aşpazlarla yarışırdım. Aralıq dənizi balıqları, hətta tanınmamış balıqlardan olan yarışda Azərbaycanın son illər qazana bilmədiyi medalı qazandım. 
Aralıq dənizi balıq sinfindən 1 gümüş, komanda yarışından 1 bürünc və qara qutu (içindən nə çıxacaq bəlli deyil) sinfindən 1 bürünc əldə etdim.

Nəzərə alsaq ki, bu dünyanın ən çətin yarışmasıdır və bizə yad olan balıqlarla yarışırdıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Ən çox oxunanalar