Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Afrika ölkələri arasında əməkdaşlıq genişləndirilir


Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq ilə görüşüb


Nazirlikdənverilən məlumata görə, görüşdə Azərbaycanla Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Azərbaycanla Afrika İttifaqı ölkələri arasında əməkdaşlığın cari vəziyyəti, əlaqələrin genişləndirilməsi baxımından son illər görülən işlərdən danışıb. O, Azərbaycanla Afrika ölkələri arasında ticarət əlaqələrinin inkişafı, bu xüsusda artıq birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Rocer Nkodo Danq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə müxtəlif sahələrdə işçi qruplarının yaradılmasının vacibliyini qeyd edib. O, həmçinin Pan-Afrika Parlamentinin fəaliyyəti barədə məlumat verib və Azərbaycanın Afrika qitəsində təşviqi baxımından təşkilatı mühüm platforma adlandırıb.

Görüşdə Azərbaycanla Afrika ölkələri arasında təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialdan istifadənin əhəmiyyəti vurğulanıb.

Mahmud Məmməd-Quliyev ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı istiqamətində əldə etdiyi uğurlardan danışıb və Afrika ölkələrini Azərbaycanın peyklərindən istifadə etməyə dəvət edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar