Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın yeni sülh təklifləri və Ermənistanın sülh danışıqları ətrafında manipulyasiyası...

Ararat Mirzoyan bildirib ki, Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib...

Politoloq: “Ümid edək ki, Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi Ermənistan tərəfindən qəbul olunacaq”.

“Son dövrlər Ermənistan müxtəlif platformalarda qeyd edirdi ki, yenilənmiş təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib və rəsmi Bakı buna baxıb cavab verməlidir”.

Bu sözləri politoloq İlyas Hüseynov Azərbaycanın Ermənistana sülh müqaviləsi ilə bağlı göndərdiyi yeni təklifləri Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfər etdiyi Berlində bildirib ki, Bakı İrəvana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib və indi Ermənistan hakimiyyəti onlara baxır.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Mirzoyanın bu bəyanatını Ermənistanın sülh danışıqları ətrafında manipulyasiya etməsi kimi dəyərləndirib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, rəsmi Bakı bu təklifləri bir neçə gün əvvəl deyil, 15 gün əvvəl yollayıb və Mirzoyanın bu bəyanatı əslində İrəvanın sülh danışıqlarında özünü konstruktiv tərəf kimi göstərməkdən başqa bir şey deyil.

Azərbaycan Ermənistandan fərqli olaarq sülh müqaviləsinin mətinin hazırlanması üçün danışıqlara ən yaxın zamanda başlamağa hazırdır”, deyə Hacızadə bildirib.

Xatırladaq ki, Ermənistan bundan əvvəl Bakıya öz təkliflərini yollamışdı və bu təkliflərə Azərbaycan ərəfindən cavab verilmədiyini iddia edir və bununla da danışıqlar prosesini uzadırdı. İndi isə Azərbaycan tərəfi İrəvandan xəbər gözləyir. Rəsmi Bakının göndərdiyi yeni təkliflər böyük ehtimalla 5 baza prinsipinə əsaslanıb. Azəbaycanın yeni təkiflərə kiçik əlavələrin olunması istisna deyil.

Bəs hazırkı şərtlərdə sülh müqviləsi üzrə danışıqların yenidən başlaması nə qədər real görünür? Azərbaycanın yeni təklifləri hesabına sülh müzakirələri yenidən canlana bilərmi?

Azərbaycanla Ermənistan arasında gedən prosesləri Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Ümid edək ki, Azərbaycanın yeni təklifləri hesabına sülh müzakirələri yenidən canlanacaq və Ermənistan sülhə gələcək”.

Azərbaycanın Ermənistana təqdim etdiyi yeni təkliflərin beş maddəlik baza prinsiplərinə söykəndiyini düşünən politoloq qeyd edib ki, təqdim edilən sənədə yeni təkliflərin də əlavə olunduğunu ehtimal etmək olar:

“Ötən ilin əvvəlində Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün beş maddəlik təklifi özündə ifadə edən baza prinsiplərini Yerəvana təqdim etdi. Ermənistan ilk əvvəl təkliflərə müsbət cavab versə də, sonra prosesi uzatmaq naminə əsassız təklifləri təqdim etdi. Ermənistan tərəfindən bizi qane etməyəm təkliflər təklif olundu. Sonrakı proseslərdə də artıq vasitəçilər öz maraqlarını təmin etmək üçün dövriyyəyə girdilər. Amma təbii ki, Fransa kimi qərəzli bir dövlət vasitəçi kimi çıxış edə bilməz.

Eyni zamanda son dövrlər Ermənistan müxtəlif platformalarda qeyd edirdi ki, yenilənmiş təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib və rəsmi Bakı buna baxıb cavab verməlidir. Həmçinin Azərbaycan da artıq öz təkliflərini Ermənistana təqdim edib. Düşünürəm ki, yeni təkliflər də beş maddəlik baza prinsiplərinə söykənir. Amma təqdim edilən sənədə yeni təkliflərin də əlavə olunduğunu ehtimal etmək olar. Çünki sülh müqaviləsi bütün kompleks məsələləri həll etməlidir.

İlyas Hüseynov: “Ermənistan sülhün möhkəm olmasında niyyətinin açıq şəkildə bildirməlidir”.

Üçtərəfli bəyanatdan sonrakı ötən dövrdə biz Ermənistanın söz oyununa getməsini, müxtəlif məsələləri öz bildiyi kimi etdiyini gördük. Bu da təbii ki, sülh prosesinə böyük əngəl törətdi. Ermənistan açıq şəkildə üçtərəfli bəyanatın 4-cü və 9-cu maddələrini yerinə yetirmir. Buna görə də düşünürəm ki, sülh müqaviləsi fundamental məsələləri də həll etməyə yardımçı olacaq.

Ümid edək ki, Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi Ermənistan tərəfindən qəbul olunacaq. Sülhün alternativi yoxdur və regionda sülh bərqərar olunmalıdır. Ermənistan da sülhün möhkəm olmasında niyyətinin açıq şəkildə bildirməlidir. Regionda indi sülhə böyük ehtiyac var. Ümid edək ki, Azərbaycanın yeni təklifləri hesabına sülh müzakirələri yenidən canlanacaq və Ermənistan sülhə gələcək”.

Nərminə UMUDLU
poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ən çox oxunanalar