Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın səhiyyə naziri Fransa və Ermənistan nümayəndələrinin əsassız ittihamlarına cavab verib

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyasında Fransa və Ermənistan nümayəndələrinin ölkəmizin ünvanına səsləndirdikləri əsassız ittihamlara cavab verib...

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, Teymur Musayev qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa olunması, ərazilərin qanunsuz erməni hərbi birləşmələrindən təmizlənməsi məqsədi ilə antiterror mahiyyətli tədbirlər həyata keçirilib:

“Müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağ regionuna bir sıra səfərləri olub. Bu səfərlərin nəticəsində hazırlanan hesabatlarda qeyd olunub ki, hər hansı bir mülki infrastruktura, o cümlədən məktəb və xəstəxanalara heç bir ziyan dəyməyib. Yerli əhali, onlara qarşı hər hansı bir zorakılıq, həmçinin, mülki və kənd təsərrüfatı obyektlərinin dağıntısı faktlarının olmadığını missiyalara bildirib”.

Eyni zamanda vurğulanıb ki, UNICEF və Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan ofisinin də hesabatlarında bu məsələ öz əksini tapıb:

“Həmçinin, Ermənistan baş nazirinin 21 və 23 sentyabrda səsləndirdiyi bəyanatlarında mülki əhali üçün hər hansı bir təhlükə olmadığı bildirilib. Bütün bu faktlar bir daha sübut edir ki, Fransa və Ermənistan nümayəndələrinin səsləndirdikləri ittihamlar əsassızdır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay