Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın REB cihazları İranın təlimlərini burnundan gətirib? - SEPAH təlimləri niyə yarıda saxladı?..

İranın təlimlərinin dayanmasına səbəb Naxçıvandan Azərbaycan tərəfinin radio-dalğaları pozan və texnikaların fəaliyyətini dayandıran REB cihazlarının fəailiyyəti oluduğu bildirilir...

Hərbi ekspert: “Ola bilər ki, Azərbaycanın sərhədləri boynuca təlimlər keçirən SEPAH qüvvələrinə qarşı bu silahdan istifadə edilsin”.

“Sabah Azərbaycanİran qarşıdurması qaynar fazaya keçsə, İranın silahlı qüvvələri belə problemlə rastlaşacaq. Buna görə də İran tərəfi bu problemin həllini axtarıb tapmalıdırlar”.

Bu sözləri hərbi ekspert Azad İsazadə İranın Araz sahilində həyata keçirdiyi təlimləri dayandırmasını səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

İran Azərbaycana gözdağı vermək üçün Araz sahilində həyata keçirdiyi “Xeybər Fatehi” təlimlərini yarımçıq saxlayıb. Bu barədə xəbər verən mənbələr bildirilər ki, buna səbəb Naxçıvandan Azərbaycan tərəfinin radio-dalğaları pozan və texnikaların fəaliyyətini dayandıran REB cihazlarının fəailiyyəti olub. İran texnikaları faktiki olaraq çalışmadığından SEPAH təlimləri yarımçıq kəsib.

Bildirilir ki, SEPAH Azərbaycanla yanaşı Türkiyə sərhədlərinə də texnikalarını toplayıbmış. Türk ordusu ilk REB həmlələrinə məhz öz sərhədində başlayıb, SEPAH təlim keçirmədən hərbi texnikalarını geri çəkməyə məcbur olub. Daha sonra Naxçıvan ərazisində eyni tədbirlər həyata keçirilib və faktiki, SEPAH-ın texnikaları işləməz hala düşüb. İddialara inansaq, məhz bu həmlələrdən sonra İran hərbi təlimlərini dayandırmalı olub.

Məlumatda qeyd olunur ki, SEPAH-ın baş tutmamış “Xeybər Fatehi” manevrindən sonra HHM təlimlərinin Azərbaycanla sərhəddə yox, İranın mərkəzi əyalətlərində keçirməsi də bir daha eyni aqibətlə qarşılaşmamaq xofuyla izah edilir.

Bu məlumatlar barədə nə demək olar? Ümumiyyətlə Türkiyə istehsalı olan REB cihazları bu gücə sahibdirlərmi?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Azad İsazadə ilə müzakirə edib.

Azad İsazadə: “Çox güman ki, İran təlimləri dayandırmaqla Azərbaycanla danışıqlara başlayacaq”.

Doğrudan da REB cihazlarının qarşı tərəfin texniki vasitələrini sıradan çıxarmaq gücündə olduğunu vurğulayan vurğulayan ekspert PİA.az-a bildirib ki, buna görə də iranlılar bu problemin həllini axtarıb tapmalıdırlar:

“Bəli, REB cihazları bu gücə sahibdirlər. Bi cihazlar düşmənin texnoloji vasitələrini, xüsusən PUA-larını və digər rəqəmsal texnologiya ilə çalışan silahlarını sıradan çıxarmaq üçün istifadə olunur və Türkiyə ordusunda da son zamanlar aktiv şəkildə bu silahdan istifadə edilir.

Ola bilər ki, Azərbaycanın sərhədləri boynuca təlimlər keçirən SEPAH qüvvələrinə qarşı bu silahdan istifadə edilsin. Amma mən düşünmürəm ki, İranın Araz sahilində keçirdiyi təlimlərin dayanma səbəbi radio-dalğaları pozan və texnikaların fəaliyyətini dayandıran REB cihazlarıdır. Çünki İran hərbi təlimlər keçirirdi və bu təlimləri keçirməkdə bir məqsədi Azərbaycana gözdağı verib bizi qorxutmaq idisə, digər məqsəd silahlı qüvvələrdəki zəiflikləri aşkar etmək idi. Ümumiyyələ bütün hərbi təlimlərin əsas məqsədlərindən biri silahlı qüvvələrin zəif olan tərəflərini ortaya çıxarmaqdır. Əgər təlimdə hansısa problemlər yaranırsa, bu zaman təlim dayandırılmır, problem ortadan qaldırılır.

Qeyd elədiyim kimi, təlimin məqsədlərindən biri də elə odur. İran da təlimlər zamanı ortaya çıxan problemlərin ortadan qaldırılması üçün hansısa tədbirlər görülməlidir. Çünki sabah Azərbaycanİran qarşıdurması qaynar fazaya keçsə, İranın silahlı qüvvələri belə problemlə rastlaşacaq. Buna görə də İran tərəfi bu problemin həllini axtarıb tapmalıdırlar.

Qeyd edim ki, İranda təlimləri başladıb yarımçıq saxlamaq, ya da hərbi nümayiş etdirib geri çəkilmək köhnə üsuldur. İran ABŞ-a, Ərəb ölkələrinə, Səudiyyə Ərəbistana qarşı da hərbi təlimlər keçirib. Yəni İran əvvəlcə güc nümayiş etdirir, sonra geri çəkilib danışıqlara başlayır.

Çox güman ki, İran təlimləri dayandırmaqla Azərbaycanla danışıqlara başlayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Ən çox oxunanalar