Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi üçün dərman istehsal olunacaq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndə heyəti “R-Pharm” əczaçılıq zavodunu ziyarət ediblər...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndə heyəti “R-Pharm” əczaçılıq zavodunu ziyarət ediblər.

Nümayəndə heyətinin tərkibində TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, Resursların idarə olunması departamentinin Dərman və tibb vasitələri şöbəsinin müdiri Elmin Quliyev təmsil olunublar.

Zavoda təşkil edilən səfər mütəxəssislərə texnoloji proseslə yaxından tanış olmaq, eləcə də bütün mərhələlərdə istehsalat mexanizmi və prinsiplərini daha yaxşı anlamaq imkanı yaradıb.

Zavoddakı əməliyyatların böyük əksəriyyəti avtomatlaşdırılmış istehsal sistemləri ilə həyata keçirilir. İstehsalat prosesi zamanı məhsulların keyfiyyətinə hər mərhələdə nəzarət edilir ki, bu da insan amilini minimuma endirməyə və buraxılan dərman vasitələrinin keyfiyyətinə zəmanəti təmin etməyə imkan verir.

TƏBİB-in nümayəndə heyəti həm tablet, həm də infuziya formalarının hazırlanması üçün nəzərdə tutulan müxtəlif istehsal xətlərinin nümayişini də izləyiblər.

Qonaqlar istehsalat zonaları ilə yanaşı, əczaçılıq zavodunun laboratoriyaları və hazır məhsul anbarı ilə tanış olublar.

Səfər çərçivəsində qonaqlar bütün dünyada 2-ci tip şəkərli diabet xəstələrinin müalicəsində geniş istifadə olunan orijinal fransız preparatı Diabeton® MR-nin qablaşdırma prosesini müşahidə ediblər.

TƏBİB rəhbərləri əczaçılıq zavodunun işini qiymətləndirib və respublika vətəndaşlarının keyfiyyətli dərman preparatları ilə təmin olunması sahəsində əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

“R-Pharm” zavodunun məhsul istehsal etmə gücü ildə 250 milyon ədəddən çoxdur. Burada bir sıra sosial əhəmiyyətli xəstəliklərin: onkoloji, kardioloji, endokrinoloji, hematoloji, antibakterial, virus və digər xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin istehsalı planlaşdırılır. O cümlədən Hepatit C, şəkərli diabet, vərəmdən, eləcə də onun aqressiv davamlı formalarından əziyyət çəkən xəstələr də qabaqcıl terapiyadan yararlana biləcəklər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar