Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda kimyəvi silaha dair qadağalar müəyyənləşib

Kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanılması, artırılması, yaxud birbaşa və ya dolayı yolla başqa şəxslərə verilməsi qadağan olunur...

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakı fəaliyyətlər də qadağan olunacaq:

- kimyəvi silahın tətbiqi;

- kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıq iştirak etmək;

- bu qanunla qadağan olunan fəaliyyət növünü həyata keçirmək məqsədilə hər hansı bir yolla başqa şəxslərə kömək etmək və ya təhrik etmək;

- ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək;

- “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1 saylı siyahısında göstərilən kimyəvi maddələri konvensiyanın iştirakçısı olan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlət ərazisindən tranziti;

- Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1 və 2 saylı siyahılarında göstərilən kimyəvi maddələrin konvensiyanın iştirakçısı olmayan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti;

- Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 3 saylı siyahısında göstərilən kimyəvi maddələrin konvensiyanın iştirakçısı olmayan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti.

Konvensiyaya uyğun olaraq, aşağıdakı məqsədlər üçün həyata keçirilən fəaliyyətlərə yol verilir:

- kimyəvi maddələrdən sənaye, kənd təsərrüfatı, tədqiqat, tibbi, əczaçılıq, yaxud digər dinc məqsədlər üçün istifadə;

- kimyəvi silahlara və ya toksik kimyəvi maddələrə qarşı müdafiə ilə bilavasitə bağlı olan məqsədlər üzrə fəaliyyət;

- kimyəvi maddələrin toksik xüsusiyyətlərin kimyəvi silahların tətbiqi və müharibənin aparılması vasitəsi kimi istisna olmaqla, digər hərbi məqsədlər üçün istifadə;

- kimyəvi vasitələrdən qanunçuluğun təmin edilməsi, o cümlədən ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı mübarizə məqsədləri üçün istifadə.

Qanunla qadağan olunan fəaliyyətlər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan hüdudlarından kənarda yaşayan vətəndaşlarına da şamil edilir.

Bu qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.

pia.az


Etiket: kimyəvi silah


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar