Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda işsizlərin sayının artma səbəbləri... - Doğrudan işsizliklik, yoxsa?..

Ölkəmizdə işsizlər doğrudamın artır, yoxsa özünün sosial vəziyyətini rəsmiləşdirənlərin sayı artıb?..

İqtisadçı: “Ölkədə işsizlik səviyyəsi statistik rəqəmlərdən kifayət qədər yüksəkdir”.

“Dost iş” kimi layihələr vasitəsi ilə mövsümi və başqa işlərə minumum əmək haqqı ilə, yəni 250 manat verməklə müxtəlif insanlar qeydiyyata alınır. Buna görə də ölkədə rəsmi olaraq işsiz kimi qeydiyyata alınanların sayı artıb”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli ölkədə işsizliyin artma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan 81 min 300 nəfəri işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıblar. Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsinin açıqladığı statistik göstəricilərdə bu ilin əvvəlinə olan məlumata görə, son bir ildə işsiz kimi qeydiyyata alınan vətəndaşların sayı ən çox Azərbaycanda artıb. 2019-cu il ərzində Azərbaycanda işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınan şəxslərin sayı 4 dəfədən çox artıb.

Azərbaycanla bərabər Qırğızıstanda və Qazaxıstanda da işsizlərin sayı artıb. Son bir ildə Qırğızıstanda işsizlərin sayı 7,4%, Qazaxıstanda isə 6,5% artıb.

Birliyə üzv olan ölkələr arasında işsizlərin sayı Ermənistanda 4,5%, Belarusda 29,4%, Moldovada 17,9%, Rusiyada 0,3%, Tacikistanda 1,3%, Ukraynada isə 1% azalıb. qeydə alınıb. Bu ölkədə işsiz kimi qeydə alınan vətəndaşların sayı isə 77 min nəfərə bərabərdir və bu da iqtisadi fəal əhalinin 6%-ni təşkil edir.

MDB-yə üzv olan ölkələrdə müvafiq dövlət orqanlarında qeydiyyata alınan işsizlərin sayı belə olub:

Rusiya - 691,4 min nəfər
Ukrayna -338,2 min nəfər
Qazaxıstan - 97,5 min nəfət
Azərbaycan - 81,3 min nəfər
Qırğızıstan - 76,1 min nəfər
Ermənistan - 61,8 min nəfər
Tacikistan - 51,1 min nəfər
Moldova - 12,2 min nəfər
Belarus - 8,8 min nəfər

Azərbaycanda işsizlərin sayının artmasının səbələri nədən ibarətdir? Ölkədə işsizlər doğrudan artır, yoxsa özünün sosial vəziyyətini rəsmiləşdirənlərin sayı artıb?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “İşsizliklə bağlı hökumətin elan etdiyi rəqəmlər insanlarda gülüş hədəfinə çevrilir”.

Rayonlarda, kəndlərdə təsərrüfat işlərinə cəlb olunan şəxslərin sayının artmasını hökümətin həyata keçirdiyi sosial layihələrlə əlaqələndirən iqtisadçı PİA.az-a açıqlamasında əlavə edib ki, müxtəlif icra hakimiyyət orqanlarının rəhbərləri və onlara yaxın şəxslər bu layihələrə ayrılan dövlət vəsaitlərinin bir hissəsini mənimsəyirlər:

“Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin dəstəyi ilə rayonlarda “Dost iş” kimi layihələr həyata keçirilir. Bu layihələr vasitəsi ilə mövsümi və başqa işlərə minumum əmək haqqı, yəni 250 manat verməklə müxtəlif insanlar qeydiyyata alınır. Buna görə də ölkədə rəsmi olaraq işsiz kimi qeydiyyata alınanların sayı artıb.

Əslində ölkədə işsizlik səviyyəsi statistik rəqəmlərdən kifayət qədər yüksəkdir. İşsizliklə bağlı hökumətin elan etdiyi rəqəmlər isə insanlarda gülünc hədəfinə çevrilir.

Dediyim kimi rayonlarda, kəndlərdə təsərrüfat işlərinə cəlb olunan şəxslərin sayı artırılır. Bu da hökumət tərəfindən stimullaşdırılır. Digər tərəfdən də bu layihələr müxtəlif üsullarla korrupsiyaya səbəb olur. Əslində elə bu tipli layihələrin ana məqsədlərindən biri də yeni korrupsiya mexanizmləri yaratmaqdır. Müxtəlif icra hakimiyyət orqanlarının rəhbərləri və onlara yaxın şəxslər bu layihələrə ayrılan dövlət vəsaitlərinin bir hissəsini mənimsəyirlər. Normal araşdırmalar aparılsa bu korrupsiya mexanizmlərini ortaya çıxarmaq elə də çətin deyil. Çünki bu layihələrə əsasən xırda məmurlara yaxın olan şəxslər cəlb edilir.

Ümumilikdə bu tipli layihələr ehtiyacı olan kasıb insanların rifahının yüksəldilməsinə çox az təsir edir. Hətta həmin layihələr çərçivəsində ehtiyacı olan insanlara hansısa imkanlar yaradılırsa belə, məmur nəzarəti bu imkanların maksimum məhdudlaşdırılmasına yönəlir.

Azərbaycanda işsizlik statistikasının 4 dəfə artmasının səbəbi bu layihələrlə bağlıdır və ümumilikdə yenə də Azərbaycanda işsizliyin əsil miqyasını ifadə eləmir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar