Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda internetin sürəti distant təhsilə mane olacaqmı?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Azərbaycanda internetin sürətinin azadılması şəraitində distant təhsilin necə təşkil ediləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin mövqeyini "Report"un sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Günel Gözəlova açıqlayıb.

"NRYTN Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq üçün hərbi​ vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsində məhdudiyyətlər tətbiq edib. "Telekommunikasiya haqqında” qanunun 16.1-ci maddəsinə əsasən, fövqəladə hallarda, fövqəladə​ və ya hərbi​ vəziyyət şəraitində qanunvericiliyə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər.​ Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Nazirlər Kabinetinin 30 noyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 3.1.2-ci maddəsinə əsasən, telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və yaxud dayandırıla bilər. Sözügedən məhdudiyyət müvafiq elektron kommunikasiya vasitələrinə tətbiq olunub. Ölkəmizdə distant təhsil prosesinin həyata keçirildiyi elektron platformaların fəaliyyəti məhdudlaşdırılmayıb. Ali təhsil müəssisələrinin tələbələri, orta ümumtəhsil məktəblərinin şagirdləri heç bir çətinlik çəkmədən distant təhsil prosesində iştirak edə bilərlər. Hazırkı dönəmdə distant təhsilin tətbiqi fonunda internet xidmətlərinə artan tələbatın ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə​ nazirlik bütün zəruri işləri həyata keçirir", - deyə o, qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - Faktiki hava + Yenilənib

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Azərbaycanlılar ən çox hansı qidanı istehlak edirlər?

Rəşad Sadıqov: "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq

Zelenskini “Ukraynanın baş keşişi” adlandırdı

İyunda bu günlər təhlükəli olacaq - Xəbərdarlıq

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

İsmayıllıda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Ən çox oxunanalar