Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda həcmi 45 faiz olan kölgə iqtisadiyyatını kimlər təmsil edir?

45 faizlik kölgə iqtisadiyyatı o deməkdir ki, ümumilikdə ölkə üzrə gəlirlərin az qala yarısı dövlətdən gizlədilir. Bəs gəlirlərini dövlətdən bu qədər asanlıqla gizlədənlər kimlərdir?..

İqtisadçı: “Azərbaycanda kölgə iqtisadiyyatının həcmi rəsmi statistikaya görə 45 faiz deyil. Rəsmi statistika ölkədə kölgə iqtisadiyyatını 7-8 faiz həcmində göstərir”.

“Vergilərin elə həddə çatdırılması lazımdır ki, bütün işgüzar dairələr, iqtisadi sahədə fəaliyyət göstərən şirkətlər, fiziki şəxslər o vergiləri rahat şəkildə ödəyə bilsinlər və gizlətməsinlər”.

Bu sözləri iqtisadçı İlham Əzizov Azərbaycanda 2019-cu ildə kölgə iqtisadiyyatının həcminin təxminən 45 faiz olmasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimi kimi sentyabrın 13-də Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan, Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya Federasiyası, Latviya, Qazaxıstan və Çilidən olan “kölgə iqtisadiyyatı” məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, kütləvi informasiya vasitələrinin, ümumilikdə 60-dan çox qurumun nümayəndələri iştirak ediblər.

Konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması olub.

Konfransda bildirilib ki, Azərbaycanda 2019-cu ildə kölgə iqtisadiyyatının həcmi təxminən 45 faizdir. 45 faizlik kölgə iqtisadiyyatı o deməkdir ki, ümumilikdə ölkə üzrə gəlirlərin az qala yarısı dövlətdən gizlədilir. Gəlirlərini ən çox dövlətdən gizlədənlər kimlərdir və bu halın qarşısının alınması üçün ciddi addımlar atılır?

Mözvunu PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovla müzakirə edib.

İlham Əzizov: “Kölgə iqtisadiyyatı dünyanın hər yerində var. O cümlədən Azərbaycanda da kölgə iqtisadiyyatı var və var olaraq da qalacaq”.

Kölgə iqtisadiyyatının aradan qaldırılmasının ən mühum riçarqlarından biri də gəlirlərin deklarasiya edilməsi məsələsinin həll olunmasında görən iqtisadçı PİA.az-a açıqlamasında əlavə edib ki, gəlirlərin deklarsiya olunması oliqarx, məmur kütləsinin ölkədən vəsaitlərin çıxarılmasının və yaxud da ölkə daxilində iri pul yığımlarının qarşısın ala bilər:

“Vətəndaşların qanundan və ictimai qaydalardan kənar iqtisadi münsibətlərinin cəmi kölgə iqtisadiyyatıdır. Eyni zamanda kriminal, qeyri-leqal, qanunla qəbul edilmiş iqtisadi sahələrdən əldə olunan gəlirlər kölgə iqtisadiyatını təşkil edir.

Azərbaycanda kölgə iqtisadiyyatının həcmi rəsmi statistikaya görə 45 faiz deyil. Rəsmi statistika ölkədə kölgə iqtisadiyyatını 7-8 faiz həcmində göstərir. Əlbəttə ki, bu iki rəqəmin hər ikisində mübahisəli tərəflər var. Bizim hesablamalarımıza görə Azərbaycanda kölgə iqtisadiyyatı 30 faiz həcmindədir. 30 faiz həcmində kölgə iqtisadiyatı Azərbaycan iqtisadiyyatına zərər vurmaqdadır və vurur.

Qeyd edim ki, kölgə iqtisadiyyatı da iki yola yaranır. Birinci daxili münasibətlərdən əmələ gələn kölgə iqtisadiyyatıdır. İkincisi isə xarici oliqarx kriminal sistemlərin bütün ölkələrdə kök salmış iqtisadi münasibətləridir. Bunlar fərqli durumlardır.

Azərbaycanda kölgə iqtisadiyyatının qarşısını almaq üçün müəyyən işlər görülür bu sahədə müəyyən tədbirlər həyata keçirilir. Vergi qanunvericiliyi ilə bağlı məsələlər görülən işlərin başında gəlməlidir. Vergilərin elə həddə çatdırılması lazımdır ki, bütün işgüzar dairələr, iqtisadi sahədə fəaliyyət göstərən şirkətlər, fiziki şəxslər o vergiləri rahat şəkildə ödəyə bilsinlər və gizlətməsinlər.

İlham Əzizov: “Bizim hesablamalarımıza görə Azərbaycanda kölgə iqtisadiyyatı 30 faiz həcmindədir”.

Bundan başqa kölgə iqtisadiyyatının digər kriminal əlaqələrlə bağlı olan sahələri ölkədən valyutanın qeyri-qanunu çıxarılması, narkotik vasitələrinin tranzitidir ki, bütün dünya dövlətləri bu sahələrdə əlaqəli işləyirlər. Hazırda Azərbaycanda bu məsələlərlə bağlı dövlət həm öz daxilində, həm də xarici ölkələrlə iş görür.

Kölgə iqtisadiyyatının aradan qaldırılmasının ən mühum riçarqlarından biri də gəlirlərin deklarasiya edilməsi məsələsinin həll olunmasıdır. Gəlirlərin deklarsiya olunması oliqarx, məmur kütləsinin ölkədən vəsaitlərin çıxarılmasının və yaxud da ölkə daxilində iri pul yığımlarının qarşısın ala bilər.

Həmçinin kölgə iqtisadiyyatının tənzimlənməsi üçün digər məsələlər də həyata keçirilməlidir ki, buraya ümumi qanunvericilikdə olan bəzi qanunların qəbul edilməsi daxildir. Məsələn rəqabət haqqında qanunun qəbul olunması çox vacibdir.

Amma onu da qeyd edim ki, bütün bu tədbirlər həyata keçirilsə də, kölgə iqtisadiyyatını ölkədən tam yığışdırmaq olmaz. Kölgə iqtisadiyyatı dünyanın hər yerində var. O cümlədən Azərbaycanda da kölgə iqtisadiyyatı var və var olaraq da qalacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Ən çox oxunanalar