Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda etnik-dini tolerantlıq və milli həmrəylik səviyyəsi

UNESCO tərəfindən 1995-ci ildə qəbul edilən “Dözümlülük Prinsipləri Bəyannaməsi” əsasında hər il 16 noyabr tarixi Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur...

Müasir mədəni dünya görüşünün əsasında o yanaşma durur ki, insanlar gender, irqi, dil, dini, siyasi, etnik, milli və s. mənsubiyyətinə görə beynəlxalq hüququn müəyyən etdiyi ümumi insan haqlarından məhrum edilə bilməzlər. Cəmiyyətdəki tolerantlıq səviyyəsi insanların bir-birinə qarşı dözümlülüyünü ifadə etməklə qalmayıb, həm də siyasi sistemin demokratiklik səviyyəsini özündə əks etdirir, xüsusilə cəmiyyətdə mövcud olan müxtəlif azlıqlara qarşı hər hansı ayrı-seçkiliyin olub-olmaması ilə müəyyən olunur.

Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru” şüarını və multikulturalizmi, yəni ölkədəki etnik-dini qruplara münasibətdə tolerantlığı dövlət siyasəti elan edərək bu istiqamətdə tədbirləri daima öz milli fəaliyyət planlarına daxil edir. Bu çərçivədə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi qeyd oluna bilər. Azərbaycanda etnik və dini qruplar tərəfindən öz haqlarının həyata keçirilməsinə hər hansı qadağa yoxdur və Prezident İlham Əliyev öz siyasəti ilə daima cəmiyyət və dövlət səviyyəsində tolerantlıq mühitinin daha da möhkəmləndirilməsinə çalışır.

2019-cu ildə Azərbaycan Respublikası üzrə rəsmi əhali siyahıyaalmasına görə Azərbaycanda təxminən 9,4 milyon (nəfər) azərbaycanlı, 167,6 min ləzgi, 87,6 min talış, 71 min rus, 13,9 min ukraynalı, 48,6 min avar, 30,5 min türk, 27,7 min tat, 13,4 min saxur, 8,4 min gürcü, 1,8 min ingiloy, 4,1 min kürd, 17,7 min tatar, 2 min qrız, 5,1 min yəhudi, 3,5 min udin, 3,5 min xınalıq, 1 min buduq, 178 nəfər erməni, 2,5 min haput, 5 min digər etnik qrupların mənsubları yaşayır. Azərbaycan əhalisinin 96%-ni müsəlmanlar (onların 60-65%-i şiə, 35-40%-i isə sünni), 4%-ni xristianlar, yəhudilər və digər dinlərin mənsubları təşkil edir. Hazırda ölkədə 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Azərbaycanda etnik-dini qruplara münasibətdə tolerantlıq səviyyəsinin ölçülməsi üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən geniş bir tədqiqat aparılmışdır. Tədqiqatda iki qrup iştirak etmişdir: ümumi əhali qrupunda 1088 nəfər, etnik qrupda isə 389 nəfər respondent olmaqla, ümumilikdə 1477 nəfər Azərbaycan Respublikası vətəndaşı ilə 31 iyul – 10 avqust 2023-cü il tarixləri arasında sorğu keçirilmişdir.

Tədqiqatda həm ümumi əhali qrupu üzrə, həm də etnik qrup üzrə respondentlərin gender balansı qorunmağa çalışılmışdır. Beləliklə ümumi əhali qrupunda (1088 nəfər) respondentlərin 50,6%-ni kişilər, 49,4%-ni qadınlar, etnik qrup üzrə (389 nəfər) isə respondentlərin 46,8%-ni kişilər, 53,2%-ni qadınlar təşkil etmişdir.

Tədqiqat üçün seçilən etnik qrupun tərkibi Azərbaycan Respublikasında yaşayan etnik azlıqların tərkibinə uyğun olaraq müəyyən edilmişdir. Etnik qrupda (389 nəfər, 100%) ən çox təmsil olunan ləzgilər (98 nəfər) olmuşdur. Bununla ləzgilər 389 nəfərdən ibarət etnik qrupun 25,2%-ni təşkil etmişlər. Etnik qrupda təmsil olunan digər etnik azlıqlar: 73 nəfər (18,8%) talışlar, 55 nəfər (14,1%) ruslar, 43 nəfər (11,1%) türklər, 40 nəfər (10,3%) avarlar və digərləri (tat, saxur, gürcü, yəhudi, kürd, qrız, udin, xınalıq və digərləri) olmuşdur.

Tədqiqat çərçivəsində respondentlərə “Öz etnik və ya dini mənsubiyyətinizə, dini ayinlər icra etməyinizə və ya dilinizdən istifadə etməyinizə görə ictimai həyatda hər hansı ayrı-seçkiliklə/pis münasibətlə üzləşirsinizmi?” sualı ünvanlanmışdır.

Ümumi əhali qrupu üzrə respondentlərin (1088 nəfər, 100%) böyük əksəriyyəti, yəni 922 nəfər (84,7%) öz etnik və ya dini mənsubiyyətinə, dini ayinlər icra etməsinə və ya dilindən istifadə etməsinə görə ictimai həyatda hər hansı ayrı-seçkiliklə, pis münasibətlə heç üzləşmədiyini, 84 nəfər (7,7%) nadirən üzləşdiyini bildirmişdir. Bu qrup üzrə cəmi 25 nəfər (2,3%) müvafiq ayrı-seçkilik və pis münasibətlə tez-tez üzləşdiyini, 15 nəfər (1,4%) adətən üzləşdiyini, 42 nəfər (3,9 %) isə bəzən üzləşdiyini ifadə etmişdir. Beləliklə ümumiləşdirsək, bu qrup üzrə ayrı-seçkilik və pis münasibətlə üzləşənlərin (tez-tez üzləşirəm, adətən üzləşirəm, bəzən üzləşirəm) faiz göstəricisi 7,6%, ayrı-seçkilik və pis münasibətlə üzləşməyənlərin (nadirən üzləşirəm, heç üzləşmirəm) faiz göstəricisi isə 92,4%-dir. Nəticə etibarilə Azərbaycanda etnik, dini mənsubiyyətinə, dini ayinlər icra etməsinə və ya dilindən istifadə etməsinə görə ümumi əhali arasında ayrı-seçkilik demək olar ki, yoxdur və ya olduqca aşağı səviyyədədir.

 

Etnik qrup üzrə respondentlərin (389 nəfər, 100%) bu suala cavabından aydın olur ki, onların da böyük əksəriyyəti, yəni 90%-i (350 nəfər) öz etnik və ya dini mənsubiyyətinə, dini ayinlər icra etməsinə və ya dilindən istifadə etməsinə görə ictimai həyatda hər hansı ayrı-seçkilik və ya pis münasibətlə heç üzləşmir. Respondentlər arasında 10 nəfər (2,6%) bu cür münasibətlə nadirən üzləşdiyini bildirmişdir. Pis münasibətlə tez-tez üzləşən etnik qrup respondentlərin sayı 7 nəfərdir və onlar bu qrup üzrə cəmi 1,8% təşkil edirlər. “Adətən üzləşirəm” cavabını verənlər isə cəmi 3 nəfərdir (0,8%). 19 nəfər (4,9%) bu suala “bəzən üzləşirəm” deyərək orta mövqe nümayiş etdirmişdir. Beləliklə ümumiləşdirsək, bu qrup üzrə ayrı-seçkilik və pis münasibətlə üzləşənlərin (tez-tez üzləşirəm, adətən üzləşirəm, bəzən üzləşirəm) faiz göstəricisi ümumi əhali qrupundakı müvafiq faiz göstəricisi ilə demək olar ki, eyni yəni 7,5%-dir. Ayrı-seçkilik və pis münasibətlə üzləşməyənlərin (nadirən üzləşirəm, heç üzləşmirəm) faiz göstəricisi isə 92,6%-dir. Nəticə etibarilə, tədqiqatda iştirak edən ümumi əhali qrupunda olduğu kimi etnik qruplara münasibətdə də Azərbaycanda hər hansı ayrı-seçkilik və pis münasibət demək olar ki, yoxdur və ya olduqca aşağı səviyyədədir.

 

Tədqiqat çərçivəsində respondentlərdən həmçinin Azərbaycanda milli həmrəylik səviyyəsini şkala üzrə qiymətləndirmək xahiş olunmuşdur. Ümumi əhali qrupu üzrə respondentlərin (1088 nəfər, 100%) demək olar ki, yarısı, 51,3%-i (558 nəfər) ölkəmizdə milli həmrəyliyin ən yüksək səviyyədə olduğunu, 23,7%-i (258 nəfər) yüksək səviyyədə olduğu bildirmişdir. Ümumiləşdirsək, bu qrup üzrə respondentlərin 75%-i (816 nəfər) milli həmrəyliyin ölkəmizdəki səviyyəsinə müsbət qiymət vermişdir. 18,9% respondent (206 nəfər) milli həmrəyliyi orta, 2,2% (24 nəfər) aşağı səviyyədə qiymətləndirmiş, 2,3% (25 nəfər) milli həmrəyliyin heç olmadığını qeyd etmişdir. 1,7% (18 nəfər) respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir.

Etnik qrup üzrə respondentlərin (389 nəfər, 100%) 58,1%-i (226 nəfər) ölkəmizdə milli həmrəyliyin ən yüksək səviyyədə olduğunu, 25,7%-i (100 nəfər) yüksək səviyyədə olduğu bildirmişdir. Ümumiləşdirsək, bu qrup üzrə respondentlərin 83,8%-i (326 nəfər) milli həmrəyliyin ölkəmizdəki səviyyəsinə müsbət qiymət vermişdir. Bu qrup üzrə 10,8% respondent (42 nəfər) milli həmrəyliyi orta, 1,8% (7 nəfər) aşağı səviyyədə qiymətləndirmiş, 1,3% (5 nəfər) milli həmrəyliyin heç olmadığını qeyd etmişdir. 2,3% (9 nəfər) respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir.

Nəticə olaraq, STM tərəfindən həyata keçirilən sorğu göstərir ki, cəmiyyətimizdə digər etnik-dini qruplara qarşı hər hansı ayrı-seçkilik demək olar ki, yoxdur və ya olduqca aşağı səviyyədədir. Belə ki, tədqiqatda iştirak edən ümumi əhali qrupundakı respondentlərin 92,1%, etnik qrupdakı respondentlərin isə 92,6%-i hər hansı etnik-dini ayrı-seçkilikdə qarşılaşmadığını (heç qarşılaşmadığını və/və ya əsasən qarşılaşmadığını ifadə etmişdir). Həmçinin cəmiyyətimizdə milli həmrəylik səviyyəsi həm ümumi əhali, həm də etnik qruplar tərəfindən əsasən müsbət qiymətləndirilir. Belə ki, tədqiqatda iştirak edən ümumi əhali qrupundakı respondentlərin 75%-i, etnik qrupdakı respondentlərin isə 83,8%-i milli həmrəyliyin ölkəmizdəki səviyyəsinə müsbət (ən yüksək və yüksək) qiymət vermişdir.

Tədqiqat geniş analitik hesabat halında tezliklə ictimaiyyətə təqdim olunacaqdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar