Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu mobil telefonların qiyməti ucuzlaşacaq

Mobil cihazların qeydiyyat rüsumlarının azaldılması "ikinci əl" telefon bazarında qiymətlərin azalmasına təsir göstərməlidir...

Poliqon bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, mobil cihazların qeydiyyat rüsumlarının azaldılması vətəndaşların xərclərinin azaldılması məqsədi daşıyır.

"Vətəndaşlarımız şəxsi istehlak üçün aldıqları mobil telefonları qeydiyyatdan keçirən zaman daha az vəsait ödəyəcək. Rüsumların aşağı salınması "ikinci əl" telefon bazarında qiymətlərin azalmasına təsir göstərməlidir. Çünki rüsumların azaldılması telefon alışının qiymətini də ucuzlaşdırır və vətəndaş aldığı telefonu satışa çıxararkən qiyməti nisbətən ucuz olacaq, çünki rüsum üçün daha az məbləğ ödəyib", - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənmaye və sahibkarlıq komitəsinin sentyabrın 15-də keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə əsasən, rüsumlar aşağıdakı dərəcədə azaldılır:

Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün qeyd olunan rüsumun 20 manatdan 15 manat-a azaldılması təklif edilir.

Bununla yanaşı, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manatdan 20 manata,

- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manatdan 30 manata,

- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manatdan 40 manata,

- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manatdan 50 manata,

bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manatdan 70 manata,

bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manatdan 100 manata .

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar - 20 manatdan 15 manata.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar