Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana zərgərlik məmulatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycan gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar...

Bu barədə PİA.az-a DGK-dan məlumat verilib.

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşına məxsus əşyalardan və şəxsi yoxlama zamanı üzərlərindən, ümumi çəkisi 1 506,32 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

"Bu sahədə qanuni fəaliyyət göstərən şəxslər üçün əlverişli şərait yaradılması məqsədilə Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 5 aprel 2021-ci il qərarı ilə qızıl idxalı ilə əlaqədar gömrük ödənişlərinin məbləği azaldılıb. Lakin bəzi şəxslər bu fürsətdən yararlanmaq əvəzinə qaçaqmalçılıq yolu ilə qızılın ölkəyə gətirilməsinə cəhd edirlər. Həm qanuni sahibkarların, həm də dövlətin mənafeyinə ziyan vuran bu cür hərəkətlərin qarşısı qətiyyətlə alınacaq", - deyə Komitə bəyan edib.

pia.az


Etiket: DGK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Ən çox oxunanalar