Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN-dən İrandakı səfirliyə terror hücumu ilə bağlı yeni açıqlama - Yenilənib

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən xain terror aktını qətiyyətlə pisləyirik”.

PİA.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

“Biz bu qanlı aktı törədənlərin aşkar edilərək ən ağır şəkildə cəzalandırılmasını tələb edirik. Şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik”, - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

***

"Azərbaycanın İrandakı səfirliyinə silahlı basqının qarşısını almaq istəyərkən xəsarət alan iki şəxsin vəziyyəti qənatbəxşdir".

PİA.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, rəsmi Bakı terror aktının müvafiq şəkildə araşdırılması, terror hücumunu törədənlərin, sifarişçilərin müəyyən edilməsi ilə bağlı İran tərəfinə tələb ünvanlayıb.

"İran tərəfi səfirliyimizin yerləşdiyi ölkə kimi səfirliyimizin təhlükəsizliyini və mühafizəsinin təmin edilməsinə birbaşa məsuliyyət daşıyır. Bu isiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir.

Təsadüfü deyil ki, son aylarda İranda Azərbaycan əleyhinə həyata keçirilən təxribatlar, müvafiq media kampaniyaları Azərbaycana qarşı bu kimi hücumlara rəvac verir. Bu kimi hücum və təxribatların qarşısının alınması vacibdir.

Azərbaycan höküməti olarq İran İslam Respublikasındakı səfirliyimizin əməkdaşlarının təxliyəsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı müvafiq iş həyata keçiriləcək.

Eyni zamanda gələcəkdə bu kimi hücumların qarşısının alınması üçün İran tərəfindən müvafiq tədbirlərin görülməsi zəruridir".

pia.az


Etiket: XİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar