Azərbaycan tamblinq millisi Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutub...
Poliqon-nun məlumatına görə, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadənin yer aldığı komanda bütün rəqiblərini üstələyib.
Gimnastlarımız fərdi yarışlarda da 2 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar. Aleksey Karataşov və Sənan Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xətai Hümbətovla Əliəkbər Hadi ikinci yeri tutublar. Hüseyn Əsədullayev isə bürünc medala yiyələnib.
Poliqon.info