Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan səhiyyəsi dünyada ən axırıncı yerdədir –“Bloomberg”


Azərbaycan səhiyyə sisteminin durumuna görə dünyanın ən axırıncı ölkələri sırasındadır


«Bloomberg» agentliyi səhiyyə sisteminin effektliliyini əks etdirən yeni reytinq cədvəlini dərc edib.

PİA.AZ Azadlıq Radiosuna istinadən bildirir ki, cədvəldə əhalisi 5 milyondan artıq olan ölkələrin – 55 ölkənin adı çəkilir. Azərbaycan 53-cüdür. Azərbaycandan geri qalanlar yalnız Braziliya, bir də Rusiyadır.

ADAMBAŞINA 470 DOLLAR

«Bloomberg» səhiyyə sisteminin effektliliyi indeksini müəyyən edərkən ölkə əhalisinin orta ömrünün uzunluğu, səhiyyəyə xərclənən vəsaitin miqdarını (başqa xərclərə nisbətən və bütövlükdə) da nəzərə alıb.

Azərbaycanda səhiyyənin səmərəliliyi indeksi 30.9-dur. Azərbaycan sakinlərinin orta ömrü 70 yaş göstərilib. Ölkənin ÜDM-sinin cəmi 6%-nin səhiyyəyə xərcləndiyi müəyyən edilib, bu isə adambaşına düşən xərcin ildə 470 dollara bərabər olması deməkdir.

Səhiyyəyə çəkilən xərc dedikdə, agentlik xəstəliklərin önlənməsi və müalicə tədbirləri, ailə planlanması, qida və təcili yardımla bağlı xidmətlərə ayrılan vəsaitləri nəzərdə tutduğunu bildirir.

Siyahıya başçılıq edənlər Honkonq, Sinqapur, İspaniyadır. Honkonqda əhalinin orta ömrü 83-84 ildir, səhiyyəyə xərclənən vəsait adambaşına 2 min dollardan çoxdur.

ABŞ 50-Cİ YERDƏ

Birləşmiş Ştatlar adambaşına səhiyyə xərclərinə görə birincilərdən olsa da (9 min 400 dollar), səhiyyənin effektivliyi indeksi 32.6 olduğundan ölkə siyahıda xeyli aşağı düşüb (50).

Qonşu ölkələrdən Türkiyə həm səhiyyə sahəsində aparılan islahatlara (10), həm də səhiyyənin effektliliyi indeksinə (49.8) görə 25-ci yerdədir. İran 30-cudur, islahatların göstəricisi 22, səhiyyənin effektivliyi indeksi 47.6-dır. Rusiya sonuncudur (55), islahatların əlaməti yoxdur, səhiyyənin effektivliyi indeksi 24.3-dür.

«Bloomberg» agentliyi reytinq cədvəlini Dünya Bankı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Honkonq Səhiyyə Departamenti və Tayvanın Sağlamlıq və Rifah Nazirliyinin məlumatlarına əsasən hazırlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar