Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Pakistanla birlikdə bəzi məhsullar istehsal edəcək” - Hərbi ekspert


Üzeyir Cəfərov: “Pakistanın prinsipiallığı bizim üçün çox önəmlidir. Pakistanın hər an Azərbaycana dəstək olacağı tək sözdə deyil, əməldə də özünü biruzə verir”


“Pakistanın hər an Azərbaycana dəstək olacağı tək sözdə deyil, əməldə də özünü biruzə verir”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri çərçivəsində bu ölkədən müdafiə sistemləri almaq barədə razılaşmaya münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanda rəsmi səfərdə olub.  Görüş zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirə edilməsi ilə yanaşı, Pakistandan müdafiə sistemləri almaq barədə razılıq da əldə olunub. Pakistanın istehsal etdiyi hərbi mallar müasir tələblərə nə qədər cavab verir və Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlığın səviyyəsi qane edicidirmi?

Image result for üzeyir cəfərov pia.az 2016

Üzeyir Cəfərov: “Azərbaycan-Pakistan münasibətləri çox yüksək səviyyədədir”.


Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən hərbi ekspert Üzeyir Cəfərova görə, Pakistanın Azərbaycana maddi-mənəvi dəstəyi hər zaman özünü biruzə verib:

“Pakistan İslam Respublikası bizim üçün Türkiyə kimi yaxın və qardaş bir dövlətdir. Bu dövlət hər zaman Azərbaycana maddi-mənəvi dəstək göstərib və Qarabağ savaşının ilk vaxtlarından bugünə qədər bizim haqlı mövqeyimizi müdafiə edib. Eyni zamanda Dağlıq Qarabağ ərazisində Azərbaycanın başlaya biləcəyi hərbi addımda hər cür köməyi göstərməyə də hazır olduğunu bəyan edib. Ona görə də hesab edirəm ki, Azərbaycan-Pakistan münasibətləri çox yüksək səviyyədədir və bu özünü  hər yerdə göstərir. Azərbaycan prezidentinin Pakistana rəsmi səfəri çərçivəsində Pakistan prezidenti Məmnun Hüseyn və Pakistan baş naziri Nəvaz Şəriflə keçirdiyi görüşü onu deməyə əsas verir ki, Azərbaycan Pakistanla bir sıra sahələrdə əməkdaşlıq etdiyi kimi, yaxın zamanlarda hərbi sahədə də bu əməkdaşlıq özünü göstərəcək. 

Hesab edirəm ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Pakistanla birlikdə bəzi məhsullar istehsal edəcək və Pakistanın istehsal etdiyi, müasir tələblərə cavab verən hərbi avadanlıq Azərbaycan Silahlı Qüvvələrində var və bundan sonra da proses davam etdiriləcək. Azərbaycan prezidentinin Pakistana səfərində onu müşayiət edən şəxslərdən biri də Müdafiə Sənayesi naziri idi və o, bugünə qədər Pakistanla həm beynəlxalq hərbi texniki sərgilər, həm də bu cür səfərlər zamanı müəyyən razılaşmalar və danışıqlar aparıb. Bundan sonra da Pakistanın hərbi məhsulları, həm Azərbaycanda olacaq, həm də Azərbaycanla birgə Pakistan bəzi hərbi təyinatlı məhsulların istehsalına başlayacaq. Pakistan dünyada tanınmış dövlətlərdən biridir və indiyə qədər Ermənistanı rəsmən tanımayan qardaş ölkədir. Pakistanın prinsipiallığı bizim üçün çox önəmlidir. Pakistanın hər an Azərbaycana dəstək olacağı tək sözdə deyil, əməldə də özünü biruzə verir”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar