Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan komandası Tokio Olimpiadasının açılış mərasimində paraddan keçdi - Yenilənib

Azərbaycan millisi bu dəqiqələrdə Olimpiadanın paradından keçib. Olimpiya komandamızın bayraqlarını Rüstəm Orucovla Fəridə Əzizova daşıyıb.

***

Tokio Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanın 44 idmançısının (40 lisenziya) yarışacağı, pandemiyaya görə dörd yox, beş ildən sonra baş tutan mötəbər yarışın açılış mərasimi Yaponiya Milli Stadionunda keçirilir.

Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Onların arasında idmançılarla yanaşı, yığmanın şef de-missionu Fərid Mansurov da var.

Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda Yunanıstan, Qaçqın Olimpiya Komandası, İslandiya və İrlandiyadan sonra keçəcək.

İlk dəfə bu Olimpiadanın açılış mərasimində gender bərabərliyinin qorunması üçün iki bayraqdar iştirak edəcək. Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Yarışı aşağıdakı link vasitəsilə izləmək mümkündür: http://yoda.az/idmanlive/index.php

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar