Çərşənbə, 05 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad edilmiş ərazilərlə bağlı bu qayda təsdiq edildi

İşğaldan azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiq edilib.

Nazirlər Kabinetinin 421 №-li Qərarına əsasən, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 421 saylı qərarı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Hazırda işğaldan azad edilmiş ərazilərə qısa müddətdə qayıdışın və torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin təmin edilməsi zərurəti yaranmışdır.

Qərarda kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin bir-biriləri arasında məqsədli təyinatının dəyişdirilməsinin Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi qarşısında Əmlak Məsələləri Dövlət Xidmətinə bildiriş göndərilməsi öhdəliyi qoyulmuşdur. Örüş, otlaq və biçənək kənd təsərrüfatı yerlərindən daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti nəzərə alınmaqla və heyvandarlığın inkişafına təsiri öyrənilməklə onların əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsinin isə Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qərarla işğaldan azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, həmin kateqoriya daxilində torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, vəsatətlərə baxılmasından imtina edilməsi və məsələ ilə bağlı qəbul edilmiş qərarın aidiyyəti üzrə göndərilməsi mexanizmi müəyyən edilmişdir.

pia.az 


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev kimdir? – Dosye

İntiqam Cümşüdov Xətai icra başçısının müavini təyin ediləcək? - Oliqarx məmur olimpə doğru...

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

Bakıda ikiqat ölüm: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü

Xaçmazda məktəbli sinif yoldaşını bıçaqlayıb - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb

Ağdamda qızlarını döyüb qətlə yetirməkdə şübhəli bilinən valideynlərin məhkəməsi başlayır

İdman nazirinin dostu Rafael Hacıbəylinin “prava”sı alınır: Qalmaqallı hakimin oğlu məhkəmə qarşısına çıxacaq

Bakıda zavodda zəhərlənən işçilərin vəziyyəti açıqlandı

Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib

Ən çox oxunanalar