Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aytən Məmmədovadan onu hədələyənlərə mesaj: “Mənim ağıllanmaq niyyətim yoxdur…”

Mayın 8-də axşam saatlarında yaşadığı binanın liftində naməlum şəxsin hücumuna məruz qalan jurnalist Aytən Məmmədova bu hadisəyə görə ona dəstək verənlərə minnətdarlıq edib. PİA.az xəbər verir ki, Aytən Məmmədova hadisə barədə yenidən açıqlama verib və onu hədələyənlərə mesaj göndərib. .

O deyib: “Təsəvvür edin, kiçik liftin içərisində arxadan bir nəfər əli ilə çənəndən tutub sıxır, o biri əlindəki bıçağı (gözümlə görməsəm də, bıçaq olduğunu güman edirəm) boğazına batırıb deyir: “Sən ağıllanmadın da…”.

Arxasınca öz əxlaqına, öz ailəsinin tərbiyəsinə uyğun ifadə tərzilə 12 yaşlı övladını ölümlə hədələyir…

Hadisədən üç gecə keçir. Elə gecə olmayıb ki, mən iki saatdan artıq yuxu yata bilim…

İki gün ərzində dəfələrlə Bakı şəhər Baş Polis İdarəsində, Binəqədi rayon Polis İdarəsində olmuşam, izahat vermişəm, başqa qurumlarda görüşmüşəm. Hadisənin ertəsi gün ekspertizadan keçməyə getsəm də, məlum oldu ki, qeyri-iş günü olduğuna görə həmin qurum işləmir. Mayın 10-da mən gedəndə bildirildi ki, ekspert-həkimlər saat 3-dən sonra olmurlar, çıxıb gediblər. Mənim isə 3-dən sonra getməyim səbəbsiz deyildi. O vaxtda qədər Binəqədi rayon Polis İdarəsində və başqa qurumlarda olmuşdum.

Mən izahatlarımda da bildirmişəm, bir daha bəyan edirəm: mənim şəxsi zəmində heç kiminlə ədavətim, düşmənçiliyim yoxdur. Elə işlərə qarışmamışam ki, kimsə gətirib boğazıma bıçaq dirəsin. Baş verənlər birmənalı şəkildə peşə fəaliyyətimlə bağlıdır!

Ən çox verilən suallardan biri budur: istintaqdan razısan? Nə razıyam, nə də narazı. Çünki razı olmaq üçün ortada nəticə olmalıdır, cinayətkar(lar) tapılmalıdır. Narazı olmaq üçün də konkret əsaslar göstərməliyəm. Bu baxımdan düşünürəm ki, hələlik bu suala cavab vermək tezdir. Nəticədən asılıdır…

Amma narazı olduğum müəyyən məsələlər var, onu da zamanı gələndə açıqlayacağam…

Sonda bir daha qayıdıram “ağıllanmaq” məsələsinə. Əgər “ağıllanmaq” deyəndə peşəmi, jurnalistikanı nəzərdə tuturlarsa, mənim ağıllanmaq niyyətim yoxdur…”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay