Avropa İttifaqında Türkiyə əleyhinə işlərə rəhbərlik edən Kati Piri yenə Türk düşmənçiliyi ilə özfəaliyyətdədir
Piri bu dəfə də Avropa parlamentarilərinə, Türkiyənin AB müzakirələrinin rəsmən təxirə alınması üçün müraciət edib.
Qərar layihəsi parlamentin Xarici İşlər Komissiyasında səs çoxluğuyla qəbul edilib.
Avropanın Türkiyəyə 3 şərti
Xarici İşlər Komissiyası tərəfindən qəbul edilən razılaşma əlavələrində diqqət çəkən 3 detal var.
Bunlardan birincisi, Suriya məsələsidir. Türkiyənin Suriyada terror təşkilatı YPG/PKK-ya qarşı apardığı əməliyyatlardan duyulan narahatlıq hesabatda yer alıb.
Hesabatda, Türkiyənin Afrində terror mövqelərini məhv etməsinə qarşı iradlar var
İkincisi, Türkiyəyə Kiprdəki Yunan təbəəsinin "təbii sərvət axtarmaq və müəssisə də daxil olmaqla, suverenlik hüquqlarına hörmət etməsinə" çağırış edilib.
Son olaraq terror cinayətlərindən həbs olunan deputatlarla bağlı bir əlavə komissiya hesabatında yer alıb.
Hesabatda, terror cinayətlərindən Ədirnə F tipli həbsxanada olan PKK-nın siyasi qolu olan HDP-nin həmsədri Selahattin Demirtaş haqqındakı AİHM qərarına qarşı Ankaradan gələn mesajlar "pislənilir".
Bütün bunları bir cümlə ilə ifadə etsək, AP-nın Türkiyədən müzakirələrin dayanmaması üçün bazarlığa təqdim etdiyi 3 şərt bunlardır:
1.Suriyaya girməyin və PKK/YPG-ni vurmayın
2.Kiprdə qaz axtarışını dayandırın
3.Terrorçu Selaettin Demirtaşı buraxın
Bu da sizə “demokratiya beşiyi” olan Avropa, bu qədər bəsit.
pia.az