Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqının rəhbərliyi Macarıstan və Polşanı niyə hədələyir?..

Mərkəzi Avropa dövlətləri Ukraynaya taxılından imtina edir…

Avropa İttifaqı Polşa və Macarıstanın Ukrayna taxılını qadağan etməsindən sonra birtərəfli addımlarla bağlı xəbərdarlıq edib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Polşa və Macarıstan yerli kənd təsərrüfatı sektorlarını qorumaq üçün Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalına qadağa qoyduqdan sonra bazar günü Aİ-nin icraçı direktoru Avropa İttifaqına üzv ölkələrin ticarətlə bağlı birtərəfli addımlarının qəbuledilməz olduğunu bildirib.

Rusiyanın işğalı nəticəsində bəzi Qara dəniz limanlarının bağlanmasından sonra Avropa Birliyində tədarük edilən taxıla nisbətən daha ucuz olan Ukrayna taxılı Mərkəzi Avropa dövlətlərində “ilişib qalıb”. Səbəb logistika boğazlarnın darlığının, qiymətlərin və satışların yerli fermerləə ziyani vurması olub. Bu məsələ Polşanın hakim millətçi Qanun və Ədalət (PiS) partiyası üçün seçki ilində siyasi problem yaradıb. Belə ki, bu problem PiS-in əsas dəstəkçi elektoratı olan kəndliləri qəzəbləndirib.

“Biz Polşa və Macarıstanın Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulması ilə bağlı açıqlamalarından xəbərdarıq”, deyə Avropa Komissiyasının sözçüsü elektron poçtla göndərilən bəyanatda bildirib.

“Bu kontekstdə ticarət siyasətinin Aİ-nin müstəsna səlahiyyətinə aid olduğunu vurğulamaq vacibdir və buna görə də birtərəfli hərəkətlər məqbul deyil. Belə çətin dövrlərdə Aİ daxilində bütün qərarları əlaqələndirmək və uyğunlaşdırmaq çox vacibdir”, deyə bəyanatda əlavə edilib.

Polşa hökumətinin sözçüsü Piotr Muller dövlət xəbər agentliyi PAP-a bildirib ki, hökumət məsələ ilə bağlı Avropa Komissiyası ilə daimi əlaqə saxlayır və qadağa qərarı təhlükəsizliklə bağlı qəbul olunub.

Xatırladaq ki, Polşa və Macarıstan uzun müddətdir ki, Brüssellə məhkəmə müstəqilliyi, media azadlıqları və LGBT hüquqları da daxil olmaqla bır sıra məsələlərlə bağlı gərgin mübahisə şəratindədir. Qanunun aliliyinin təmin edilməməsi səbəb göstərilərək hər iki dövlətə İttifaq fondlarından ödəniləcək vəsaitlər kəsilib.

Ukraynanın kənd təsərrüfatı naziri Mykola Solski bazar günü macar həmkarı İştvan Neqi ilə danışıb və birtərəfli qərarların qəbuledilməz olduğunu vurğulayıb və tərəflər müzakirələri davam etdirəcəklərini bildiriblər. Bu arada Bolqarıstanın kənd təsərrüfatı naziri Yavor Geçev də Ukraynadan taxıl idxalına qadağa qoyulmasına dair məsələnin nəzərdən keçirdikləri ni bildirib. Bu barədə yerli BTA agentliyi məlumat yayıb.

Polşanın Maliyyə Nazirliyindən verilən məlumata görə, qadağa iyunun 30-dək davam edəcək.

Ukrayna normal olaraq kənd təsərrüfatı mallarının, xüsusən də taxılın böyük hissəsini Ukrayna, Türkiyə, Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında bağlanmış müqaviləyə uyğun olaraq ötən ilin iyul ayında açılmış Qara dəniz limanları vasitəsilə ixrac edir.

Həmin razılaşmanın müddəti mayın 18-də başa çatmalıdır və Moskva keçən həftə bildirmişdi ki, Qərb Rusiya taxılının və gübrəsinin ixracına maneələri aradan qaldırmasa, Ukrayna taxılı ilə bağlı sazişin müddəti uzadılmaya bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar