Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATV-Xoşqədəm savaşında adı hallandırılan vitse-prezident danışdı


Artıq bir neçə gündür ki, ATV telekanalının rəhbəri Vüqar Qaradağlı ilə məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal səngimək bilmir


Bu həftə mətbuat konfransı keçirən Xoşqədəm Hidayətqızı “Səni axtarıram” layihəsinin tam olaraq özünə aid olduğunu, lakin ona verilən efir vaxtı və hörmətdən dolayı layihənin Müəlliflik Hüququ Agentliyində qeydiyyatdan keçərkən ATV telekanalının da müstəsna hüquq sahibi olmasını özü istədiyini bildirib.
 
Hidayətqızının bu açıqlamasından sonra ATV telekanalının hazırkı prezidenti Vüqar Qaradağlı “Səni axtarıram” layihəsinin telekanalın keçmiş vitse-prezidenti Həsən Abdullayevə aid olduğunu bildirib.
“Veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu lahiyə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub”.
 
PİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı publika.az-a açıqlamasında Həsən Abdullayev “Səni axtarıram” layihəsi ilə heç bir əlaqəsi olmadığını bildirib.
 
“Bu məsələ ilə bağlı saytlar 3-4 gündür məni yığır və narahat edir. Əslində, o vaxt Xoşqədəm xanım mənə yaxınlaşaraq ideya barədə məlumat verdi və belə bir veriliş yaratmaq istədiyini bildirdi. Məndən efir vaxtı istədi, mən də ona efir vaxtı vermişəm. Öz layihəsini bizim telekanalda həyata keçirib. Bu gün kim nə deyirsə, onun mənə heç bir aiddiyyəti yoxdur. Bu layihənin mənimlə əlaqəsi yoxdur. Bu Xoşqədəm Hidayətqızının ideyasıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Ən çox oxunanalar