Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik: İran 2015-ci il nüvə sazişinə riayət edir

BMT-nin nüvə nəzarət təşkilatı cümə günü bildirib ki, İran 2015-ci ildə imzalanan sazişə əsasən məhdudiyyətlərə riayət edir

Bununla bərabər, ölkənin zənginləşdirilmiş uran və ağır su ehtiyatı artmaqdadır.

Üzv ölkələrə təqdim edilmiş və Associated Press agentliyinin gördüyü məxfi rüblük hesabatda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik qeyd edir ki, İran əsas məhdudiyyətlər çərçivəsindən kənara çıxmayıb.

Saziş Tehranın nüvə silahı hazırlamaqdan vaz keçməyin müqabilində iqtisadi stimul almasını nəzərdə tutudu. Keçən il Birləşmiş Ştatların sazişdən birtərəfli çıxmasından və Vaşinqtonun İran iqtisadiyyatını hədəfə alan sanksiyalarının gücləndirilməsindən sonra vəziyyət mürəkkəbləşib.

Mövcud vəziyyət sazişin digər üzləri olan Almaniya, Britaniya, Fransa, Rusiya və Çinin İranı sazişdə saxlamaq üçün lazımi iqtisadi stimul verməkdə çətinliklər yaradıb.

Bu ayın əvvəli İran elan etdi ki, 60 gün ərzində ölkənin ABŞ-ın sanksiyalarından qorumaq yolları tapılmasa, Tehran uranın zəngləşdirilməsini artıracaq. Bir həftə öncə isə İran uran zənginləşdirilməsi gücünü artırdığını bildirib. Buna baxmayaraq, Tehran sazişdə qeyd edilən məhdudiyyətlərin çərçivəsindən kənara çıxmayıb.

Hesabat həmin xəbərlərdən sonra çıxıb və Vyanada qərargahlaşan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın sazişə riayət etdiyini və beynəlxalq müfəttişlərə ölkənin nüvə sahələrinə daxil olmağa şərait yaratdığını bildirir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar