Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslanovun oğlu 300 minlik maşını hansı pula alıb?


Məmur övladları ərəb şahzadələrindən geri qalmırlar; hüquqşünas deyir ki, Nazirlər Kabineti deklorasiya haqda qanunu 10 ildir tətbiq etmir: “İctimaiyyət kimlərin hansı yolla nə qədər qazandığını yaxşı bilir


İndi rəhmətlik Sabirin “əcnəbilər seyrə balonlarla çıxır, bizlər isə avtomobil minməyiriz” deyimi aktuallığını itirib. 

Azərbaycanda məmurların və onların övladlarının idarə etdiyi maşınların qiymətinə baxanda görünür ki, ərəb şahzadələrindən geri qalmırlar. 

Nəzərə alsaq ki, ərəb şeyxləri rəsmən milyarderdirlər və onlar sərvətini gizlətmir, bu zaman açıq sual qalmır. Azərbaycanda isə oliqarxlaşmış vəzifəlilərin balaları nə rəsmi milyonerdir, nə də işlədiyi yerlərdən aldığı məvacib fantastik məbləğə olan avtomobili almağa yetir. Hələ bu azmış kimi, onlarla ailənin həyatını məhv ediblər, törətdikləri qəzalarda neçə insanın faciəsinə səbəb olublar. 

Fevralın 20-də  Şəmkirin keçmiş başçısı Aslan Aslanovun oğlu Turqayın saxlanması xəbəri də bu sıradan biri idi. Turqay Aslanovu gecə saat 1 radələrində yol polis əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədərkən saxlayıblar. 300 min dollar qiyməti olan “Bentley” markalı maşının sükanı arxasında sərxoş olan T.Aslanov özünü itirmədən əlini telefona atıb. Lakin ona adamları narahat etməməyi məsləhət biliblər. Doğrudur, sonra həm Dövlət Yol Polisi rəsmisi, həm A.Aslanovun özü bu məlumatı təkzib etdi. Bildirildi ki, bu maşın başqasına etibarnamə ilə verilib. 

Ancaq fakt ondan ibarətdir ki, Ədliyyə Nazirliyinin İstintaq şöbəsində müstəntiq vəzifəsində işləyən T.Aslanov 300 minlik maşın alıbmış. Azərbaycan reallığında bu avtomobili hansı pulla əldə etməyin mümkünlüyü heç kəsə sirr deyil. Bəs müstəntiq işləyən bir şəxs aldığı məvaciblə “Bentley” ala bilərmi? Bu pul Aslanovun oğlunda hardandı?  

Bu halda məmurlardan öz deklorasiyasını açıqlamağı tələb etmək olarmı? Qərb dövlətlərində deklorasiya haqqında qanun işləkdir və məmurlar qazancının mənbəyini açıqlayır. 

Hüquqşünas Müzəffər Baxışov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, 2003-cü ildə korrupsiyaya qarşı mübarizə haqda qanun qəbul edilib. Hüquqşünasın sözlərinə görə, 2005-ci ildə bu qanunun bir müddəası deklorasiya barəsində oldu: “Bu qanunda müddəa ondan ibarətdir ki, vəzifəli şəxslər gəlirləri barəsində hər ilin sonunda işlədiyi yerin rəhbərinə hesab verməlidir. Kimsə Milli Məclisdə, kimsə prokurorluq, kimisi gömrük orqanlarında işləyirsə, deklorasiya haqda qanuna görə öz gəlirlərini açıqlamalıdır. Ancaq çox əfsus ki, bu qanunun tətbiqi barəsində Nazirlər Kabineti qərar qəbul etməyib. 2005-ci ildə Nazirlər Kabinetinə bu qanun göndərildi ki, tətbiqinə qərar verilsin. Təsəvvür edin ki, artıq 2015-ci ildir və 10 ildə bu qərar qəbul olunmayıb”.

M.Baxışov bildirdi ki, qanunun tətbiqi üçün qərarın qəbul olunmaması məmurların öz gəlirlərini gizlətməyə imkan yaradıb. Hüquqşünas inanmır ki, yaxın gələcəkdə qərar qəbul edilsin: “Hökumət elan edir ki, hər yerdə korrupsiyaya qarşı mübarizə gedir. Ancaq ictimaiyyət kimlərin hansı yolla nə qədər qazandığını yaxşı bilir, çünki hər şey göz qabağındadır. Sadəcə, insanlar hələ buna dözür”. 

Ekspertin sözlərinə görə, A.Aslanovun oğlu və ya hər hansı məmur dövlətdən aldığı əmək haqqı ilə bahalı avtomobilə sahiblənə bilməz: “Onun aldığı maaş uzaqbaşı 500-1000 manat olsun. Bu pulla Allah ona 1 milyon il ömür də versə, bahalı maşın ala bilməz. Hakimiyyət də bu şəxslərlə bağlı mübarizə haqda düşünmür. Nazirlər Kabineti qanunun tətbiqi barədə qərar qəbul etməsə heç cür mümkün olmayacaq”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar