Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ASAN Beynəlxalq Assosiasiyası dövlətlərinin ekspertlərinin Bakıda görüşü olub -Foto

Bakıda dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyasını təmsil edən dövlətlərin yüksək səviyyəli ekspertlər görüşü keçirilib...

APA-nın məlumatına görə, məqsəd Assosiasiyasının Nizamnamə layihəsinin müzakirəsi və sənədin imzalanması məqsədi ilə üzv ölkələrin dövlətdaxili prosedurlarına ötürülməsidir. Dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyasının yaradılması barədə Niyyət Bəyannaməsi 2019-cu ilin iyun ayında Bakıda təşkil olunmuş BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində imzalanıb. Bəyannaməni Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq nazirliklərinin rəhbərləri imzalayıblar.

Assosiasiyanın Nizamnamə layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ekspert qrupu tərəfindən hazırlanaraq müvafiq ölkələrə baxılmaq üçün göndərilib. Niyyət Bəyannaməsini imzalamış ölkələr tərəfindən müsbət rəy alındıqdan sonra həmin ölkələr tərəfindən sənədin ətraflı müzakirəsi məqsədi ilə yüksək səviyyəli ekspertlərin Azərbaycanda keçiriləcək iclasda toplanması qərarlaşdırılıb. Ekspertlərin Bakı görüşündə, həmçinin 2020-ci ildə təşkilatın Nazirlər Görüşünün yerini müəyyən etmək, qurumun təşkilatlanmasının hüquqi prosedurlarının növbəti mərhələlərini müzakirə etmək nəzərdə tutulur.

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasında məqsəd üzv ölkələr arasında dövlət xidmətlərinin səmərəli idarə edilməsi sahəsində yaranan aktual problemlər və müasir çağırışların həll edilməsi yolları və vasitələrinin müzakirəsidir. Həmçinin strategiya və onun reallaşdırılması çərçivəsini yaratmaq məqsədilə mütəxəssislər və ekspertlərin institusional şəbəkəsini təşkil etmək, habelə dövlət xidmətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən etmək əsas prioritetlərdir.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar