Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arutunyanın Ağdam-Xankəndi yolunun açıldığını bəyan etdiyi iddiası... - Millət vəkilindən şərh

Qarabağ separatçılarının liderinin iclas keçirərək Ağdam-Xankəndi yolunun açıldığını bəyan etdiyi deyilir...

Millət vəkili: “Ermənistan düşünürdü ki, BMT-nin Təhlükəsizlik Şurası xüsusi qətnamə qəbul edəcək və Azərbaycan Laçın yolunun açsın, seperatçılar da oradan istədikləri kimi istifadə etsinlər. Onlar BMT-dən bu dəstəyi almadıqları üçün ruhdan düşdülər”.

“Araik Arutunyan Ağdam-Xankəndi yolunun açılması ilə bağlı birbaşa qərar vermək istəyir”.

Bu sözləri millət vəkili Razi Nurullayev Qarabağ separatçılarının lideri Araik Arutyunyanın Ağdam-Xankəndi yolu ilə bağlı verdiyi qərarı Poliqon-a şərh edərkən qeyd edib.

Qarabağ separatçılarının lideri Araik Arutyunyanın iclas keçirərək Ağdam-Xankəndi yolunun açıldığını bəyan etdiyi deyilir. İclasda Samvel Babayan da iştirak edib. “Joxovurd” nəşrinin məlumatına görə, separatçıbaşı bu məsələni müzakirəyə çıxarmayıb, fakt kimi təqdim edib. Bu nüanslar nədən xəbər verir?

Mövzunu Poliqon-un əməkdaşı millət vəkili Razi Nurullayev ilə müzakirə edib.

Razi Nurullayev: “Arutunyan müəyyən danışıqlara gedən şəxs kimi Azərbaycanın da qəzəbini yumşaltmaq istəyir”.

Separatçıların başqa yolunun olmadığını vurğulayan millət vəkili Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan birbaşa Azərbaycana təsir göstərə bilmir:

“Onlar bir neçə müddətdir ki, Laçın yolunun açılmasında israr edirdilər. Haqsız olaraq da, uzun yol olan Laçın yolunun açılmasını istəyirdilər. Xatırladım ki, Laçın yolu 59 km, Xankəndi-Ağdam yolu isə cəmi 18 kmdir. Bu məsələni Ermənistan BMT-nin Təhlükəsizlik Şurasına da çıxardılar. Amma onlar BMT Təhlükəsizlik Şurasında dəstək qazana bilmədilər. Ermənistan düşünürdü ki, BMT-nin Təhlükəsizlik Şurası xüsusi qətnamə qəbul edəcək ki, Azərbaycan Laçın yolunun açsın, seperatçılar da oradan istədikləri kimi istifadə etsinlər. Onlar BMT-dən bu dəstəyi almadıqları üçün ruhdan düşdülər.

Eyni zamanda onlar gördülər ki, Azərbaycan heç də geri çəkilmək fikrində deyil, üstəlik onların boğazlarına keçirdiyi ipi günü-gündən daha da daraldır. Separatçıların başqa yolu yoxdur. Çünki Ermənistan birbaşa Azərbaycana təsir göstərə bilmir. Seperatçılar demək olar ki, çıxılmaz vəziyyətdədirlər. Bu baxımdan onların Azərbaycanın təqdim etdiyi reallıqları qəbul etməkdən başqa yolları qalmayıb. Əgər onlar bu məsələdə başqa işıq ucu görsəydilər, təbii ki, o yolla gedərdilər. Buna görə də Araik Arutunyan Ağdam-Xankəndi yolunun açılması ilə bağlı birbaşa qərar vermək istəyir.

Razi Nurullayev: “Arutunyan çıxılmaz vəziyyətdə qaldığına görə özünü xilasetmə yolunu belə görür. Bu da Azərbaycan üçün məqbul variantdır”.

Burada maraqlı məqam ondan ibarətdir ki, hal-hazırda seperatçılar arasında da birlik yoxdur. Onlar bir-birlərini didməklə məşğuldurlar. Seperatçılar arasında qondarma kreslonun davası gedir. Araik Arutunyan da bildir ki, onu devirmək istəyirlər. Buna görə də, Arutunyan müəyyən danışıqlara gedən şəxs kimi Azərbaycanın da qəzəbini yumşaltmaq istəyir.

Eyni zamanda Arutunyan düşünür ki, əgər o bu addımı atacaqsa, bu zaman Azərbaycanın seperatçılarla danışıqlara hazır olduğu gün, beynəlxalq aləm, yaxud da erməni diasporları Araik Arutunyanı dəstəkləsinlər. Düşünürəm ki, Arutunyan çıxılmaz vəziyyətdə qaldığına görə özünü xilasetmə yolunu belə görür. Bu da Azərbaycan üçün məqbul variantdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay