Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arda Turan "Qalatasaray"a qayıtmağa razılıq verib

Türkiyə millisinin sabiq kapitanı Arda Turanın yenidən "Qalatasaray"a dönmək ehtimalı yaranıb...

PİA.az apasport.az-a istinadən bildirir ki, 33 yaşlı yarımmüdafiəçi sevimli komandasına qayıtmağa razılıq verib.

Mövsümün sonunda karyerasını bitirməsi və baş məşqçi Fatih Terimin köməkçilərindən biri olması gözlənilən Səlçuk İnandan sonra çalışdırıcı rəhbərlikdən yeni kapitan tələb edib. Koronavirus pandemiyası səbəbindən maliyyə cəhətdən problem yaşayan "sarı-qırmızılılar" ucuz oyunçu axtarışındadır.

Bu mənada Arda Turan özü fədakarlıq etməyə razılıq verib. Tərəflər arasında ilk təmasın uğurlu keçdiyi bildirilir. Hazırda müqavilə ilə "Barselona"ya məxsus olan və yayda azad agent statusu daşıyacaq Arda "Qalatasaray"dan maaş da istəməyib. Onun maddi problem həll olunana qədər simvolik olaraq 1905 lirə maaşa müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Arda Turan 2005-2011-ci illərdə əsas komandanın formasını geyinib.

pia.az


Etiket: Arda Turan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar