Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA yağ məhsulları üzrə aparılan nəzarət tədbirlərinin nəticələrini açıqlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehsal olunan və idxal edilən yaxılabilən yağlardan (spred, marqarin) və kərə yağlarından nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Agentlikdən bildirilib ki, cari dövr ərzində 13-ü yerli, 27-si idxal edilən olmaqla, 40 yaxılabilən yağdan nümunə götürülüb.

Götürülən nümunələr məhsulun yağ fazasında yağ turşularının trans izomerlərinin və doymamış yağ turşularının miqdarı, habelə təhlükəsizlik göstəriciləri (koliform bakteriyalar, kif-maya göbələkləri, qurğuşun və arsenin təyini) üzrə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verib.

Eyni zamanda, ticarət şəbəkələrində satışda olan 15-i yerli, 17-si idxal edilən olmaqla, 32 kərə yağı məhsulundan nümunə götürülüb və laboratoriya sınaqlarına cəlb edilib. Sınaq nəticələrinə əsasən, 31 məhsul yoxlanılmış parametrlər üzrə normativ sənədlərin tələblərinə cavab verib. Fiziki şəxs Ülkər Şamil qızı Veyisovaya məxsus 1 kərə yağı nümunəsinin tərkibində “Stafilokok” bakteriyası, habelə məhsulun minimum keyfiyyət göstəricilərində (yağ turşu spektri) uyğunsuzluqlar aşkar olunub. Bununla bağlı sahibkar barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.

 
2023-cü ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən 5-i planlı, 4-ü plandankənar olmaqla, 9 kərə yağı emalı müəssisəsində də yoxlamalar keçirilib. Yoxlamalar zamanı 6 müəssisədə nöqsanlar aşkar edilib. Uyğunsuzluqlar emal sahələrində sanitariya qaydalarına əməl olunmaması, istifadə müddəti bitmiş kərə yağının anbarda saxlanılması, istifadə olunmuş yağlarla istifadəyə yararlı yağların eyni sahədə saxlanması, xammalın müşayiətedici sənədlərinin (çıxarış, baytarlıq arayışı) olmaması, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilməməsi, istehsal olunan məhsulların müayinələrinin aparılmaması, etiket məlumatlarında kərə yağının yağlılıq faizinin göstərilməməsi, işçilərin gigiyena qaydalarına əməl etməməsi və onların ilkin və dövrü tibbi müayinədən keçməməsi, eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması ilə bağlı olub. Aşkarlanan nöqsanlarla əlaqədar 2 müəssisədə məhsul partiyasının satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar verilib və 6 sahibkarlıq subyekti barəsində agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Aparılmış yoxlama zamanı risk əsaslı yanaşma tətbiq etməklə istehsal olunan yağlardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən, məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verib.

Bundan başqa, agentlik tərəfindən ticarət obyektlərində tərkibində bitki yağı olan yağların kərə yağı kimi təqdim olunması hallarına qarşı nəzarət tədbirləri aparılır.

Qeyd edək ki, 2023-cü ilin ikinci yarısında 13 yağ emalı müəssisəsində planlı yoxlamaların keçirilməsi nəzərdə tutulub.

Poliqon.info 


Etiket: AQTA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Ən çox oxunanalar