Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMİP rəhbərliyindən müxalifətə çağırış


Arzuxan Əlizadə: “Əvvəlki dövrdəkindən fərqli olaraq indi Zimbabve hadisəsindən həvəslənənlərin olmaması yaxşı haldır”


Azərbaycanda bir sıra müxalifət qurumlarının müxtəlif ölkələrdə inqilablar olanda həmin hadisələrdən müəyyən impulslar aldığı, həvəslənib hərəkətləndiyi bəllidir. 

2003-cü ilin sonunda Gürcüstanda baş verən “qızılgül inqilabı”ndan başlanan bu tendensiya bir neçə il öncəki “ərəb baharı”na qədər davam etdi. Lakin ötən həftə Zimbabvedə hakimiyyət dəyişikliyi ilə nəticələnən çevrilişdən sonra sözügedən vəziyyət müşahidə olunmur.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, illərdir müşahidə olunan “ənənə”nin bu dəfə təkrarlanmamasının səbəbləri var. Səbəblərdən biri Zimbabvedə inqilab yox, hərbçilərin dövlət çevrilişi etməsidir. Azərbaycanda müxalifət düşərgəsindən heç kim dövlət çevrilişi hadisəsini dəstəklədiyini, bundan impuls aldığını təbii olaraq nümayiş etdirməz: “Ümumiyyətlə, hər hansı ölkədə inqilab və ya hakimiyyət dəyişikliyi baş verirsə diqqətin həmin ölkəyə yönəlməsi təbiidir. Həmçinin hakimiyyətin dəyişilməsində maraqlı olan müxalif qüvvələrin belə hadisələrə həssas yanaşması da təbii qəbul olunmalıdır. Bu anlamda Azərbaycan müxalifəti də istisna deyil. Həqiqətən də, beş il əvvəl ərəb ölkələrində sonradan ”ərəb baharı" adlandırılan silsilə inqilablar və hakimiyyət dəyişiklikləri baş verən zaman Azərbaycan siyasi mühitində də bir hərəkətlilik hiss olundu. O zaman bir çox siyasilər inqilab dalğasının Azərbaycandan da yan keçməyəcəyi ilə bağlı proqnozlar versələr də bu baş vermədi. Əslində baş verməsi mümkün də deyildi və çox şükürlər olsun ki, baş vermədi. Çünki sonradan hadisələrin gedişi də onu göstərdi ki, bu inqilablar heç də kortəbii surətdə deyil, bəlli güclərin əvvəlcədən planlaşdırılmış ssenarisi əsasında baş verib. “Ərəb baharı”nın nəticələri göz qabağındadır. Böyük bir coğrafiya bu gün də od içində yanır, içərisində uşaqların və qadınların da çoxluq təşkil etdiyi minlərlə insan həyatını itirib, yaralı sayı on minlərlə ölçülür və milyonlarla insan doğma ev-eşiyindən didərgin düşərək taleyin ümidinə buraxılıb. Əsasən müsəlman əhalinin yaşadığı bu regionda alovlanan cəhənnəm odunun nə zaman sönəcəyi də bəlli deyil. Bir həftə əvvəl Zimbabvedə baş vermiş hakimiyyət dəyişikliyi fərqli rakursda olsa da, istənilən halda hesab edirəm ki, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq siyasilər dünyada baş verən hadisələri, xüsusilə də bu tip olayları diqqətlə araşdırılmalı və düzgün nəticə çıxarmağa çalışmalıdırlar. Belə görünür ki, müxalifət düşərgəsində müəyyən nəticələr çıxarılıb da. Əvvəlki dövrdəkindən fərqli olaraq indi Zimbabve hadisəsindən həvəslənənlərin olmaması yaxşı haldır".

A.Əlizadə qeyd etdi ki, bəzən inqilablar baş vermiş bir sıra ölkələrlə analogiya gətirilsə də nəzərə almaq lazımdır hər ölkənin öz spesifik xüsusiyyətləri var: “Ümumiyyətlə, onu da nəzərə almaq lazımdır ki, ixrac olunan və ssenarisi xaricdə tərtib olunan inqilablar heç vaxt baş verdiyi ölkəyə xoşbəxt gələcək vəd edə bilməz. Eyni zamanda onu da diqqətə almaq lazımdır ki, belə çevrilişlər bir qayda olaraq demokratik dəyərlərin qorunmadığı, avtoritar rejimlərin mövcud olduğu və qanunun ali olmadığı cəmiyyətlərdə baş verir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

16 saylı cəzaçəkmə müəssisəsindən Əfv sərəncamı çərçivəsində üç nəfər azadlığa buraxılıb

Borrell: Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir

Ən çox oxunanalar