Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı diplomat: İran ABŞ-ın qırmızı xətlərini keçmir, ona görə də birbaşa hərbi qarşıdurma gözlənilmir...

İran ABŞ-la birbaşa silahlı münaqişədən qaçmağa çalışır. Tehranın tərəfindəki silahlı qruplar Fələstin-İsrail münaqişəsinin bir hissəsi kimi Qəzza zolağına dəstək verir, lakin ABŞ-ın "qırmızı xətlərini keçmir". Buna görə də Vaşinqtonla Tehran arasında birbaşa hərbi qarşıdurma gözlənilmir...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki keçmiş səfiri Cerald Firestein The Washington Post qəzetinə bildirib.

"Onların (İran-red.) "müqavimət oxu"ndakı tərəfdaşı fələstinliləri qoruyur, amma Amerikanın qırmızı xətlərini keçmir. Bu, çətin ki, bizi İranla birbaşa münaqişəyə aparsın, ona görə də hamı indi rahat ola bilər", deyə Cerald Firestein bildirib.

O, İranın ən böyük və ən güclü tərəfdaşı olan Livanın "Hizbullah" qruplaşmasının son aylarda İsrailə qarşı raket arsenalının bütün gücündən istifadə etmədiyinə işarə edib.

Bundan əlavə, o, İraqSuriyada İranın dəstəklədiyi milislərin hər iki ölkədəki ABŞ hərbi obyektlərinə mütəmadi olaraq hücum etdiyini, lakin bu hücumların "məhdud zərər" verdiyini deyib. Bu isə ABŞ-ın "qırmızı xətlərinin" keçilməməsi anlamına gəlir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar