Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Serbiyada keçirilən seçkilərin düzgünlüyünü yoxlamağı təlb edir

Avropa İttifaqının yüksək səviyyəli xarici siyasət rəsmiləri Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Serbiya seçkilərini və seçici saxtakarlığı ilə bağlı xəbərləri araşdırmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti rəsmilərin Aİ-nin ali rəhbərliyinə, o cümlədən Avropa Komissiyasının rəhbərinə ünvanlanmış məktubuna istinadən məlumat yayıb.

“Biz Avropa İttifaqını Serbiyada seçki pozuntuları və saxtakarlıq iddiaları ilə bağlı bütün məlumatlarla bağlı müstəqil araşdırma aparmağa çağırırıq”, deyə məktubda bildirilir.

Sənəddə etiraf edilir ki, araşdırmanın nəticələrindən asılı olaraq Serbiyada təkrar seçkilər tələb oluna bilər.

Nəşrin məlumatına görə, sənədi Aİ-nin beynəlxalq münasibətlər sahəsində çalışan 20-dən çox yüksək vəzifəli məmuru tərəfindən göndərib.

Qeyd edək ki, dekabrın 17-də ölkədə keçirilən seçkilərin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları demək olar ki, hər gün səsvermənin nəticələrinə yenidən baxılması üçün aksiyalar təşkil edirlər. Dekabrın 25-də etirazçılar Belqrad meriyasına hücum etməyə cəhd ediblər, dekabrın 29-da isə şəhərin mərkəzindəki küçəni bağlayıblar.

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsində inqilabın mümkün olmadığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Ən çox oxunanalar