Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Çin və İrana sanksiyalar tətbiq etməyə hazırlaşır - Rusiyaya görə...  

Aİ sanksiyalardan yayınma məsələsini daha geniş mənada həll etməyə çalışır...

Avropa İttifaqı rəhbərliyi Ukraynadakı müharibə zamanı Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyinə görə Çinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Poliqon "Financial Times"a istinadən xəbər verir ki, bu, Brüsselin genişmiqyaslı işğaldan sonra ilk belə təşəbbüsüdür.

Silahlarda istifadə oluna biləcək avadanlıqların satışında ittiham olunan 7 Çin şirkəti bu həftə Aİ-yə üzv dövlətlərin müzakirə edəcəyi yeni sanksiyalar paketinə daxil edilib.

Bu şirkətlərdən bəziləri artıq ABŞ sanksiyalarına məruz qalıb. Bunlar Çindən iki şirkət ("3HC Semiconductors", "King-Pai Technology") və Honq Konqdan iki şirkətdir ("Sinno Electronics", "Sigma Technology").

Xüsusilə, Aİ kompüter çipi istehsalçısı "3HC Semiconductors"u “ixrac nəzarətindən yan keçməyə cəhddə və Rusiyanın hərbi və ya müdafiə sənayesi bazasını dəstəkləmək üçün Amerika mənşəli mallar əldə etməkdə və ya əldə etməyə cəhddə” ittiham edir.

"King-Pai" Rusiyaya əvvəllər ABŞ tərəfindən sanksiya tətbiq edilən “müdafiə proqramları, o cümlədən qanadlı raketlərin idarə olunması sistemləri olan” mikroelektronika verir.

Nəşr qeyd edir ki, Brüssel indiyədək Pekindən Moskvaya hərbi yardım göstərilməsinə dair dəlillərin olmadığını əsas gətirərək Çinlə çəkişmələrdən yayınıb. Lakin indi Aİ əvvəllər ABŞ-la qlobal qarşıdurmada avropalıları öz tərəfinə çəkməyə ümid edən Çindən narazılıq yarada bilər.

Bundan əlavə, Brüssel Rusiyaya pilotsuz təyyarələrin istehsalı və tədarükü ilə məşğul olan bəzi İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edir. Avropa Komissiyası həmçinin Rusiyaya idxalı qadağan edilən malların siyahısını genişləndirməyi təklif edib.

Nəhayət, üzrlü səbəb olmadan dənizdə özünü identifikasiya sistemlərini söndürən və bununla da yerlərini gizlədən neft tankerlərinin Aİ limanlarına girişinə qadağa qoyulması ehtimalı nəzərdən keçirilir. Əvvəllər mətbuat dəfələrlə yazırdı ki, Rusiya Aİ-yə neft tədarükünə qoyulan embarqodan belə yan keçərək, guya onu hansısa başqa regiondan gətirir.

"Aİ sanksiyalardan yayınma məsələsini daha geniş mənada həll etməyə çalışır. Layihəyə diplomatik təzyiq onların davranışını dəyişmədiyi təqdirdə Aİ-yə bəzi malların üçüncü ölkələrə satışını məhdudlaşdırmağa imkan verən tədbirləri ehtiva edir", - FT yazır.

Poliqon.info


Etiket: Çin İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay