Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağır qayda pozuntusu edən şagirdə hansı cəzanın verilə biləcəyi açıqlanıb

Çox ağır qayda pozuntularına və ya 1-ci, 2-ci, 3-cü və 4-cü səviyyə qayda pozuntularının təkrarına yol verən şagirdlərin hansı formada cəzalandırılacağı müəyyənləşdirilib...

PİA.az xəbər verir ki, bu barədə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" layihəsində qeyd edilib.

Bildirilib ki, bu hallarda şagird dərsdən və ya olduğu məkandan (dəhliz, həyət və s.) uzaqlaşdırılacaq və məktəb idarəetmə heyətinin üzvü şagirdə davranışının niyə qəbuledilməz olduğunu izah edəcək.

Şagird səhvini anladıqda dərsə qayıda bilər. Əks təqdirdə, dərsin qalan hissəsini məsul şəxsin nəzarəti altında təyin olunmuş xüsusi otaqda keçirəcək və ya valideyn/qanuni nümayəndə məktəbə çağrılaraq, şagird evə göndəriləcək. Şagird dəstək üçün psixoloqa yönləndirilir (NİŞ-in və ya direktorun qərarı ilə); Bir neçə dəfə dərsdən sonra “Məktəbdə saxlanılır”; Qırmızı Xəbərdarlıq məktubu (şagirdin şəxsi işində saxlanılır və UTİS-də qeyd olunur); Müəllim, valideyn/qanuni nümayəndə, idarəetmə heyəti üzvü və direktorla görüş; Məktəb daxilində dərsdən uzaqlaşdırılma.

5-ci səviyyə üçün müəyyən olunmuş yekun intizam tədbirləri isə bunlardır:

- Sinifdə qalmaq (davamiyyət və/və ya akademik göstəriciləri çox aşağı olduqda)

- Məktəbin dəyişdirilməsi

- Məktəbdən xaric etmə

- Şagird haqqında YYÇİ (Yetkinlik Yaşına Çatmayanlarla İş ) və hüquq müdafiəsi üzrə komissiyaya (və ya yerli Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili şöbəsinin inspektorlarına) üzrə məlumat verilməsi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Ən çox oxunanalar