Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam, Füzuli və Cəbrayılda su təchizatı sisteminin tikintisinə başlanılacaq vaxt açıqlanıb

Ağdam, FüzuliCəbrayıl rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələr yaxın 3 ay ərzində tam hazır olacaq və sonra tikinti işlərinə başlanılacaq.

PİA.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Ağdam, FüzuliCəbrayıl rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrinin hazırlanması üzrə işlər davam edir. C.Məmmədov deyib ki, azad edilmiş ərazilərdə “Azərsu” ASC-nin ilkin fəaliyyəti həmin ərazilərdə mövcud olan qurğuların bərpası ilə bağlı olub: “Məqsədimiz azad edilmiş ərazilərdəki obyektlərimizi su ilə təmin etmək olub”.

Xatırladaq ki, ötən il Ağdam rayonunda su mənbəyinin müəyyən olunması ilə bağlı tədqiqat işlərinə başlanılıb. Ağdamda iki ədəd kəşfiyyat quyusu qazılıb, bu quyuların tədqiqatları aparılıb. Bu tədqiqatların nəticəsinə görə, bütün Ağdam şəhəri subartezian quyularından su ilə təmin olunacaq.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərlərin Baş planları təsdiq edilir və bundan sonra “Azərsu” layihə işlərinə başlaya bilir. Hazırda isə yalnız AğdamFüzulinin Baş planları təsdiq edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik

Ən çox oxunanalar