Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Qeybulla Bəxtiyar Hacıyevə baş çəkdi: “Həyati təhlükəsi yoxdur”

Bəxtiyar Hacıyevin artıq 13-cü gündür ki, aclıq aksiyası keçirir...

“Bu gün saat 12.30-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində müşahidə altında olan təqsirləndirilən şəxs Bəxtiyar Hacıyevlə görüşdüm”.

Bunu tanınmış həkim, professor Adil Qeybulla həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin səhhətindən danışarkən deyib.

Qeyd edək ki, Bəxtiyar Hacıyevin artıq 13-cü gündür ki, aclıq aksiyası keçirir.

A.Qeybullanın sözlərinə görə, görüşə vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyinin Tibb İdarəsi tərəfindən icazə verilib. Bəxtiyar Hacıyevin müayinə prosesi Tibb İdarəsinin həkimlərinin iştirakı ilə aparılıb.

“Bəxtiyar bəyin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir. Hemodinamik göstəricləri stabildir: arterial təzyiqi 110/70 vv.c.st., nəbzi 80, səkəri 5 mmol/l., çəkisi 77.5 kg., huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb. Həyatı üçün təhlükə yoxdur.

Ona aclıq aksiyasının dayandırmaq tövsiyə edildi”, - deyə A.Qeybulla söyləyib.

Həkimin sözlərinə görə, Bəxtiyara əlavə dəstək müalicəsi kimi, su-elektrolit balansını normal saxlamaq məqsədilə venadaxili infuziya edilib (NaCl 0.9%-400 ml, Panangin 10 ml, vitamin B1, B6, B12, C, Ringer-lokk 500 ml).

“İki saat müddətində infuziya aparıldı və söhbət etdik. Əhval-ruhiyyəsi stabildir. Ailə üzvlərinə və bütün dostlara salamlar söylədi”.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, B.Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

O, dekabrın 9-da saxlanılıb və Xətai Rayon Məhkəməsi barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev həbsə etiraz əlaməti kimi aclıq aksiyası keçirir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Ən çox oxunanalar