Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adambaşına 966,2 ABŞ dolları xarici borcumuz var

Bu barədə "2019-cu ilin büdcə zərfi"ndə qeyd edilib

2018-ci il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 9 milyard 600 milyon 200 min ABŞ dolları (16 milyard 320 milyon 300 min manat) təşkil edir.

PİA.AZ modern.az-a istinadən xəbər verir ki, bu barədə "2019-cu ilin büdcə zərfi"ndə qeyd edilib.

Bildirilir ki, imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 21,9 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 966,2 ABŞ dolları olub.

Ölkəyə cəlb edilmiş kreditlərin 47,1 faizini sabit dərəcə ilə olan kreditlər, 52,9 faizini isə dəyişən dərəcə ilə olan kreditlər təşkil edir.

İmzalanmış müqavilələrə uyğun olaraq , xarici dövlət borcunun 41,3 faizi 10 ilə qədər olan müddətdə, 54,3 faizini 10 ildən 20 ilə qədər olan müddətdə, 4,4 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Yeri gəlmişkən, "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da göstərilib ki, xarici dövlət borcunun 2019-cu ildə 9 milyard ABŞ dollarından 2025-ci ildə 3,8 milyardABŞ dollarınadək azalacağı gözlənilir.

pia.az


Etiket: xarici borc

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar