Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Kanadada qar fırtınası nəticəsində 38 nəfər öldü

Bazar günü verilən soyuq hava xəbərdarlığı 55 milyon amerikalının həyatına təsir etdi...

PİA.az “BBC Türkçə”yə istinadən xəbər verir ki, ABŞ və Kanadaya təsir edən arktik soyuq və qar fırtınası nəticəsində 38 nəfər həyatını itirib. ABŞ-da 34 nəfər həyatını itirərkən, ən çox təsirlənən yer Nyu-York ştatının Buffalo şəhəri olub.

Kanadada isə avtobusun buz bağlayan yola aşması nəticəsində 4 nəfər ölüb.

Mütəxəssislər fırtınanın bir neçə günə səngiyəcəyini desələr də, zərurət olmadıqca səyahət etməmək barədə xəbərdarlıq ediblər.

Buffaloda minlərlə evin elektrik enerjisi kəsildiyi üçün avtomobillər yollarda ilişib. Həmçinin, minlərlə uçuşun ləğvi səbəbindən bir çox insan Milad bayramında ailələrini ziyarət edə bilməyib.

Hava təzyiqinin sürətlə azalması və fırtınanın şiddətinin artması səbəbiylə axtarış-xilasetmə qrupları “bomba siklonu” olaraq təyin olunan fırtına şəraiti səbəbindən yolda qalıb.

Kanada sərhədinə yaxın və Eri çayının sahilində yerləşən Eri şəhərinin idarəçilərindən Mark Polonkarz həyatını itirənlərin bəzilərinin avtomobillərdə və ya qar altında qaldığını bildirib. Poloncarz Twitter-də: “Heç birimiz Milad bayramının belə keçəcəyini gözləmirdik”, deyə yazıb.

Nyu-York qubernatoru Keti Hoxul isə 1977-ci ildə baş verən böyük fırtınadan sonra Buffalonun tarixində ən şiddətli fırtına ilə üzləşdiyini bildirib. Bu fırtınanın tarixə düşəcəyini vurğulayan Hoxul, şəhərin döyüş bölgəsinə çevrildiyini söyləyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar