Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Çin hərbçiləri 2021-ci ildən bəri ilk dəfə danışıqlar aparıblar

Pentaqon və Çin Xalq Azadlıq Ordusunun nümayəndələri 2021-ci ilin yanvarından bəri ilk dəfə 8 və 9 yanvar tarixlərində ABŞ-da görüşüblər...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, görüş Vaşinqton və Pekin arasında münasibətlərin “əriməsi” fonunda baş tutub.

Danışıqlarda Pentaqonun Çin üzrə köməkçisinin müavini Maykl Çeyz və Çin Mərkəzi Hərbi Komissiyasının beynəlxalq hərbi əməkdaşlıq üzrə ofisinin direktor müavini general-mayor Su Yançao iştirak edib.

Səfər noyabrda Kaliforniyada prezident Co Bayden və Çin lideri Si Tsinpin arasında keçirilən görüşdən və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun və Xalq Azadlıq Ordusu generalı Lyu Çjenli arasında dekabrda baş tutan görüşdən sonra həyata keçirilir.

Pentaqonun sözçüsü polkovnik-leytenant Martin Minersin Politico-ya verdiyi açıqlamaya görə, ABŞ tərəfi hərbi əlaqənin açıq xətlərinin saxlanmasının vacibliyini vurğulayıb. Pentaqonun müzakirəçisi də təsdiqləyib ki, ABŞ beynəlxalq qanunların icazə verdiyi yerdə təhlükəsiz və məsuliyyətli şəkildə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək. Maykl Çeyz həmçinin ÇXR-in Cənubi Çin dənizində qanuni fəaliyyət göstərən Filippin gəmilərinə dəfələrlə təzyiq göstərməsinə və Vaşinqtonun Tayvanla münasibətləri saxlamaq öhdəliyinə diqqət çəkib.

Xəbərdə qeyd edilir ki, əvvəllər ABŞ və Çinin müdafiə siyasətinin əlaqələndirilməsi üzrə danışıqlar hər il aparılırdı. Lakin son zamanlar bu görüşlər keçirilməyib cə sonuncu dəfə 2021-ci ildə onlayn şəkildə həyata keçirilib. Çin o zamankı Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə etiraz olaraq görüşləri ləğv edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Samir Əsədlidən Yardımlı seçicilərinə mesaj: “Hər zaman yanınızda olacam”

Ən çox oxunanalar