Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ ukraynalı pilotların Avropada F-16-larda təlim keçməsinə icazə vermir

Amerika hakimiyyəti ukraynalı pilotların Avropa ölkələrində F-16 qırıcılarında döyüş təlimi keçməsinə icazə vermir...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti yüksək rütbəli ukraynalı məmura istinadən yazıb. Vaşinqton qorxur ki, gizli texnologiyalar yanlış əllərə keçə bilər və o üzdən də Pentaqon təyyarələri Kiyevə vermək niyyətində deyil.

Nəşr yazır ki, bəzi Avropa dövlətləri Ukraynaya F-16-ları verməyə hazır olsalar da, bunun üçün qırıcıları yaradan ABŞ-ın razılığına ehtiyac duyurlar. Qəzet qeyd edir ki, bu razılıq olmadan Ukrayna Silahlı Qüvvələrinin pilotlarının hazırlığını belə həyata keçirə bilmir. Hazırda keçirilən təlim isə texniki xarakterli olub.

NYT-nin məlumatına görə, Bayden administrasiyası F-16 təyyarələrinin yüksək qiymətinə Ukraynaya verməkdən ehtiyat edir. Bundan əlavə, Ağ Ev Amerikanın gizli texnologiyalarının, o cümlədən F-16-da quraşdırılmış radarın yanlış əllərə keçməsindən qorxur. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan mayın 17-də təsdiqləyib ki, Birləşmiş Ştatlar hələ də Kiyevə qırıcı təyyarələr vermək niyyətində deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar