Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Türkiyəni F-35 proqramına qaytarmağa hazırdır, amma şərti var

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib ki, Rusiyanın S-400 zenit-raket kompleksləri (ZRS) ilə bağlı məsələnin həlli mümkün olarsa, ABŞ Türkiyəni F-35 qırıcı proqramına qaytarmağa hazırdır...

Poliqon xəbər verir ki, o, bu barədə "CNN Türk"ə müsahibəsində danışıb.

"Bu gün bir sıra müzakirələrimiz oldu. Aydındır ki, biz istədiyimiz S-400 məsələsini həll edə bilsək, ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olacaq. Amma biz əvvəlcə bu məsələni həll etməliyik və eyni zamanda Türkiyəni güclü hava hücumundan müdafiə sistemi ilə təmin etməliyik", deyə Nuland bildirib.

O əlavə edib ki, Ankara İsveçin NATO üzvlüyünü ratifikasiya etdikdən sonra ABŞ və Türkiyə iqtisadi və təhlükəsizlik məsələlərində birgə işləməyə qayıdıb.

Nuland həmçinin bildirib ki, ABŞ Suriyadan qoşunlarını çıxarmaq niyyətində deyil: "İlk növbədə, vəziyyəti aydınlaşdırım: Birləşmiş Ştatlar Suriyadan qoşunlarını çıxarmır".

Nuland qeyd edib ki, İstanbulda kilsəyə edilən son hücum İŞİD-in hələ də aktiv olduğunu göstərdi, ona görə də ABŞ Türkiyə ilə əməkdaşlıq edərək istər İraqda, istərsə də Suriyada terrorla mübarizəni davam etdirməlidir.

O, həmçinin İordaniyada ABŞ qüvvələrinə hücumları xatırladıb və bildirib ki, bu, həm də ABŞ-Türkiyə əməkdaşlığının gücləndirilməsinin vacibliyini göstərir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın qoşunlarının Suriyadan tamamilə çıxarılması imkanını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilirdi. "Foreign Policy"nin məlumatına görə, ABŞ prezident administrasiyası Suriyada missiyanı artıq zəruri hesab etmir və hələlik yekun qərar verməsə də, bölmələrin ölkədən çıxarılmasının vaxtı və üsullarını müzakirə edir.

Poliqon.info


Etiket: ABŞ Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

Ən çox oxunanalar