Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiyaya tutarlı cavab verəcəkmi?

ABŞ Rusiyaya tutarlı cavab verəcəkmi? – “Təkcə xəbərdarlıq kifayət deyil”


Keçən ay mətbuatda yayılmış informasiyaya görə, Rusiya ABŞ-dakı seşkilərə müdaxilə etmək üçün Demokratlar partiyasının milli komitəsinin kompüterlərini sındırmaq istəyib. Obama administrasiyası tərəfindən isə, buna qarşı əks-cavab tədbirlərinin görüləcəyinə dair eyhamalar vurulmuşdu. 

Hələki, bizə bəlli olan yeganə reaksiya əsas günahkarlar olan rusların açıq şəkildə ittiham edilməsi ilə yanaşı, bundan sonra Amerikadakı demokratik proseslərə müdaxilə edilməməsi barədə onlara ciddi xəbərdarlığın olunmasıdır.

Prezident Obama təkcə bununla kifayətlənməməlidir, hərçənd ki, administrasiyanın bəzi nümayəndələri onun irəlidə bununla bağlı daha ciddi addımlar atacağını düşünürlər. Passivlik nümayiş etdirmək Rusiyanı kiber məkanda fəaliyyətinin cəzasız qalacağına inandıra və hətta onu gələcək kiber hücumlara həvəsləndirə bilər. Donlad Tramp Vladimir Putinin pərəstişkarı olduğundan, çox çətin ki, gələcəkdə ona qarşı hər hansı sərt tədbirlər görsün. Rusiya prezidentini məsuliyyətə məhz Obama cəlb etməlidir. Hətta Moskvanın bu hadisələrdə iştirakının təsdiqi barədəki kəşfiyyat məlumatları ortaya çıxandan sonra da, Tramp rusların günahının olmasını qəbul etməyərək, deyib: ”Ola bilər ki, elektron poçtunun sındırılması ümumiyyətlə heç baş verməyib”.

Ağ Evin qətiyyətli qərarları Obama tərəfindən kompüterlərin kimlərin və necə sındırılması barəsində daha təfərrüatlı məlumatın əldə oluncağından sonra başlaya bilər. Obama həmçinin Rusiyanın kompüter kodunu açmaqla, varlı Kreml məmurlarını təşvişə salaraq, onların xarici bank hesablarını ictimaiyyətə aça və eyni zamanda Rusiya şəbəkələrini bağlaya da bilər. Digər yandan Obama haker hücumlarında əli olan rusiyalı vətəndaşlara və ya Suriyadakı dinc sakinləri bombalayan hərbi liderlərə qarşı sanksiya tətbiq edə bilər. Obamanın hansı qərar verəcəyindən asılı olmayaraq, başlıca hiyləgərlik kiber müharibənin qızışdırlmamasıdır.

Hakerlərin hədəfi Demokratlar partiyası milli komitəsinin və Hilları Klintonun seçki kampaniyasının rəhbəri Con Podestanın elektron məktubları olub. Bunlar sonradan “Wikiliks” saytına sızıb. Demokratlar çıxılmaz bir vəziyyətlə qarşılaşmış, Tramp isə üstünlük qazanmışdı. Milli Təhlükəsizlik Agentliyinin direktoru admiral Maykl Rocers keçən həftə bildirib: ”Bu dövlətin konkret effekt əldə etmək naminə, düşünülmüş və inadlı bir cəhdi olub”.

Hesab olunur ki, Obama seçki prosesinin gedişinə irəlidə də Rusiyanın müdaxilə etməməsi üçün konkret addımlar atmayaraq, buna yalnız xəbərdarlıqla və təmkinlə cavab vermək qərarına gəlib. O, həmçinin özünün hərəkətlərində siyasi motivlərin olmasının görünməsini də istəməyib. Ən azından indiki vəziyyətdə xəbərdarlıq deyəsən öz işini görüb: Rusiyanın kiber hücumları təkrarlanmayıb.

Haker hücumlarının təkrarlanacağını yəqin ki, amerikalılar bundan sonra öyrənə bilməzlər. Əksər ekspertlər Putini durdurmaqdan ötrü təkcə xəbərdarlığın kifayət olacağına şübhə ilə yanaşırlar. Çünki Rusiya rəhbəri Amerikadakı seçkilərədən sonrakı keçid dövründə də heç bir tərəddüd göstərmədən Hələbi bombalamaqla, NATO sərhədləri yaxınlığındkı Kalininqrad bazasında nüvə silahı daşıyan raketlər quraşdırmaqla Amerikaya meydan oxuyur.

Senator Lindsi Qrem Rusiya ilə Birləşmiş Ştatların münasibətlərini və eyni zamanda da kiber hücumlarının rolunu diqqətlə təhqiqat etmək üçün Konqresdə dinləmələr təşkil edilməsinə çağırıb. Senator Ben Kardin isə yeni sanksiyaların tətbiq olunmasını təklif edib. Obamanın qərarlarından asılı olmayaraq, Konqresin səlahiyyətləri içərisinə ölkənin seçki sisteminin gələcəkdə anoloji risklərlə qarşılaşmayacağına dair müvafiq tədbirlərin görülməsi də daxildir.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar