Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ prezidentinin müşaviri Kremllə məxfi danışıqlar aparır

Kremllə məxfi danışıqlar gedir...

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan son aylar ərzində Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konfidensial danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.

Qəzet bildirib ki, danışıqlar zamanı Ukraynada münaqişənin genişlənməsinin qarşısının alınması, nüvə silahından istifadənin yolverilməzliyi, eləcə də ABŞRusiya arasında açıq kommunikasiya kanallarının saxlanması məsələləri müzakirə olunub.

Bildirilib ki, Ukraynadakı vəziyyətin nizamlanması müzakirə olunan məsələlərin sırasında olmayıb. Nəşr qeyd edib ki, Sallivanın Rusiya ilə əlaqə qurmaq istəyi ABŞ-ın digər yüksək vəzifəli siyasi xadimləri tərəfindən dəstəklənmir.

Bundan əvvəl “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Qərb ölkələrinin nümayəndələri Ukrayna və Rusiya arasında sülh sazişinin şərtlərini təkbətək müzakirə edirlər.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Ən çox oxunanalar