Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Misirin Rusiyaya silah verməsinə dair heç bir əlamət görmür

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib ki, ABŞ Misirdən Rusiyaya silah verilməsi ilə bağlı əlamətlər görmür…

Poliqon xəbər verir ki, Kirbi Qahirənin Moskvaya raket satmaq planlarına dair iddiaları belə şərh edib.

“Sizə deyim ki, biz Misirin Rusiyaya öldürücü silahlar verdiyinə dair heç bir əlamət müşahidə etməmişik”, deyə Kirbi deyib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Misirin Rusiyaya gizli şəkildə 40 minə qədər reaktiv mərmilər göndərməyi planlaşdırdığı barədə Amerika mətbuatında yayılan məlumatı şərh edib. Kremlin sözçüsü bu xəbərləri təkzib edərək, onları “kanard” adlandırıb.

Qeyd edək ki, The Washington Post qəzeti Amerika kəşfiyyatının internetə sızan məxfi sənədlərinə istinadla yazıb ki, Misir gizli şəkildə Rusiyaya sursat yollamağı planlaşdırır. Nəşr qeyd edib ki, Misir prezidenti Əbdül Fəth əs-Sisi bu yaxınlarda öz tabeliyində olanlara Rusiyaya gizli göndərilmək üçün 40 minə qədər reaktiv mərmi istehsal etməyi əmr edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar