Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatı: Rusiya Çinin nüvə potensialını artırmasına kömək edə bilər...

Çin nüvə silahı plutoniumu istehsal etmək və 12 il ərzində nüvə başlığı ehtiyatını dörd dəfəyə qədər artırmaq üçün Rusiya nüvə yanacağından istifadə edə bilər...

Poliqon.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ABŞ kəşfiyyat rəsmilərinə istinadən xəbər verib.

Söhbət CFR-600 reaktoru üçün Tayvanın şimal sahillərindən 220 kilometr məsafədə yerləşən Çan Biao adasında uran tədarükündən gedir. Kəşfiyyat məlumatlarına görə, dekabr ayında "Rosatom" oraya 6477 kq uran gətirib. Bloomberg CFR-600-ü dünyanın ən yaxından müşahidə olunan nüvə qurğularından biri adlandırıb.

Rusiyadan gələn uran Çinə nüvə arsenalını böyüdə və nüvə başlıqlarının sayını ABŞRusiyanın nüvə başlıqlarının sayına çatdıra bilər.RUSİ-nin məlumatına görə, 2022-ci ilin sentyabr-dekabr ayları arasında Rusiya Çinə 25 ton yanacaq tədarük edib ki, bu da Pekinə 384 milyon dollara başa gəlib.


BMT-nin Silahsızlaşdırma Araşdırmaları İnstitutunun analitiki Pavel Podvig qeyd edib ki, Çan Biao adasındakı layihə, ehtimal ki, mülki məqsədlər üçün yaradılıb, lakin Çin mülki və bölünmüş plutonium ehtiyatları barədə məlumat verməyi dayandırıb.

Fizik və keçmiş Ağ Ev məsləhətçisi Frank Von Hippel, CFR-600-ün ildə 50 başlıq istehsal edə biləcəyini təxmin edir. Pentaqonda hesab edirlər ki, Pekin 2035-ci ilə qədər döyüş başlıqlarının sayını 400-dən 1500-ə qədər artıra bilər.

Pekində ABŞ-ın qorxularını inkar ediblər, həmçinin nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərini ciddi şəkildə yerinə yetirdiklərini və könüllü olaraq"mülki nüvə fəaliyyətinin bir hissəsini Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verdiklərini bildiriblər.

1970-ci ildə imzalanmış nüvə silahının yayılmaması müqaviləsinə əsasən, Çin və Rusiya CFR-600-ün fəaliyyətinin təfərrüatlarını açıqlamalı deyillər. Həmçinin reaktorun nüvə silahı ehtiyatlarını artırmaq üçün istifadə edilib-edilmədiyi ilə bağlı Pekin hesabat da verməli deyil. Obyekt, o cümlədən MAGATE-nin tərəfindən də yoxlanılmır.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Ukrayna şərqlə cənub arasında mühüm forpost itirdi - Kiyevin ciddi problemləri var...

Ən çox oxunanalar