Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın zərbələri nəticəsində yaralanan iraqlı hərbiçilərin sayı açıqlanıb

ABŞ-ın hava hücumu nəticəsində 20-yə yaxın İraq milis döyüşçüsü yaralanıb...

ABŞ-ın Babil əyalətinin mərkəzi hissəsindəki Hilla şəhərində İraq milis qüvvələrinin qərargahına endirdiyi aviazərbələr nəticəsində yaralanan döyüşçülərin sayı 20-yə çatıb.

Poliqon xəbər verir ki, bu barədə “Shafaq news” nəşri İraqın təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

“Şiə qruplarından biri olan “Harakat ən-Nujaba”nın düşərgəsi havadan bombalanıb, bundan sonra Pentaqon İraqdakı üç “Ketaib Hizbullah” obyektinə zərbələr endirib. İlkin məlumata görə, 20-yə yaxın hərbçi yaralanıb”, deyə nəşr yazır.

Zərbələrin pilotsuz uçan aparat vasitəsilə həyata keçirildiyi güman edilir. Mənbənin sözlərinə görə, üç partlayış səsi eşidilib, ardınca isə güclü artilleriya atəşi başlayıb.

Qeyd edək ki, ABŞ qüvvələri İraqda “Kətaib Hizbullah” qruplaşmasının üç hədəfinə zərbələr endirib. ABŞ Müdafiə Nazirliyi hücumun ABŞ prezidenti Co Baydenin göstərişi ilə İraqSuriyada ABŞ hərbçilərinə qarşı hücumlara cavab olaraq həyata keçirildiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar