Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın seysmik araşdırmalar şirkətinin Azərbaycandakı filialı bağlanıb

ABŞ-ın “Geokinetics International Inc.” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib

Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd edilib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, ev 8, mənzil 16 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkətin Azərbaycandakı filialı 2015-ci ildə qeydiyyata alınıb. Şirkət Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda 3D seysmik tədqiqat işləri aparıb.

“Geokinetics International Holdings, Inc.” şirkəti seysmik məlumatların toplanması xidmətləri göstərir və neft-qaz hasilatı ilə məşğul olan şirkətləri bu məlumatlarla təmin edir. Şirkətin əsas fəaliyyət dairəsi ABŞ, Kanada, Latın Amerikası, Avropa, Afrika, Yaxın və Uzaq Şərqdir.

Şirkət 1997-ci ildə Hyustonda yaradılıb.(Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay