Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-də yeddi yaşlı qız ad günündə parkda nadir brilyant tapıb - Foto

Bu ayın əvvəlində yeddi yaşını qeyd edən qız Arkanzas ştatının parkında nadir 2,95 karat çəkidə qızılı-qəhvəyi almaz tapıb...

Verilən məlumata görə, Paraqulddan olan Aspen Braun atası və nənəsi ilə birlikdə “Almaz krateri” dövlət parkına səyahət zamanı noxud böyüklüyündə qiymətli daş tapıb. O, qədim almazla zəngin olan vulkan səthinin hündürlüyündəki böyük daşlar toplusunun yanında dincəlirmiş. Bu zaman parlaq bir şey onun diqqətini çəkib.

“Daha sonra isə ​​onun mənə tərəf qaçaraq “Ata! Ata! Mən bir şey tapdım!” dediyini xatırlayıram”, - deyə onun atası Lüter Braun bildirib.

Ailə tapıntını qiymətləndirmək üçün ekspertlərə aparıb və onlar qızın həqiqətən də nəhəng bir brilyant tapdığını təsdiqləyiblər.

Nadir daşın dəyəri sirr olaraq qalır. Ad günü münasibəti ilə Aspen qiymətli daşa öz adını verməyə qərar verib.

“Aspen brilyantı qızılı qəhvəyi rəngə və işıq saçan parıltıya malikdir. Bu, qırıq kənarları olmayan və almazın yaranması zamanı bir tərəfində əmələ gələn kiçik bir boşluğu olan bütöv kristaldır”, - deyə park gözətçisinin köməkçisi Ueymon Koks bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay