Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da həyacan siqnalı: Rusiya kosmosa nüvə silahı yerləşdirir...

Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Komitəsinin sədri Terner ABŞ-ınmilli təhlükəsizli üçün ciddi təhlükə barədə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

“Bu gün Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Komitəsi bütün Konqres üzvlərinə milli təhlükəsizliyə əhəmiyyətli təhlükə ilə bağlı məlumat verib. Mən prezident Baydendən bu təhlükə ilə bağlı bütün məlumatların məxfiliyini ləğv etməyi xahiş edirəm ki, Konqres, Administrasiya və müttəfiqlərimiz bu təhlükəyə cavab vermək üçün lazım olan tədbirləri açıq şəkildə müzakirə edə bilsinlər”, deyə Ternerin bəyanatında bildirilir.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan çərşənbə günü Ağ Evdə keçirdiyi brifinqdə bu həftənin əvvəlində Konqresin liderləri ilə əlaqə saxladığını söyləyib.

“Biz bu məsələ ilə bağlı şəxsi Konqresin Komitə sədrləri ilə brifinq keçirmək təklifi ilə çıxış etmişik. Bu brifinq cümə axşamı baş tutacaq. Konqresmen Ternerin bu gün görüş ərəfəsində məni sabah onunla, kəşfiyyat və müdafiə mütəxəssislərimizlə danışmağa dəvət etməsinə bir az təəccüblənirəm. Amma nu, onun seçimidir” deyə Sallivan bildirib.

Ceyk Sallivan əlavə təfərrüat verməkdən imtina edib və əlavə edib ki, ümumiyyətlə, dünyada hər gün qarşılaşdıqları bir sıra təhlükələr var.

“Əminəm ki, prezident Bayden qəbul etdiyi qərarlarla Amerika xalqının təhlükəsizliyini qoruyacaq”, deyə Sallivan qeyd edib.


ABC News telakanalı isə bildirib ki, Respublikaçıların "milli təhlükəsizliyə təhdid" xəbərdarlığı Rusiyanın kosmosa nüvə bombası yerləşdirmək istəyi ilə bağlıdır.

ABC News-a danışan mənbə bildirib ki, söhbət nüvə silahının kosmosdan Yerə atılmasından yox, peyklərə qarşı mümkün istifadəsindən gedir.

“Bu, çox vacib və çox həssas məsələdir” deyən mənbə bunu “böyük problem" adlandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar