Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Çinlə ticarəti əlaqələrini kəsmək istəmir...

ABŞ və Çin arasında ticarət 2022-ci ildə rekord həddə çatıb...

Poliqon xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan aprelin 27-də bildirib ki, Birləşmiş Ştatlar Çinlə ticarət əlaqələrini məhdudlaşdırmaq və ondan iqtisadi cəhətdən uzaqlaşmaq niyyətində deyil. Buna baxmayaraq Sallivan qeyd edib ki, Vaşinqton Pekinə qarşı sərt ixrac nəzarəti rejimini saxlayacaq.

“Bizim ixrac nəzarətimiz dar çərçivədə hərbi balansı poza bilən texnologiyalara yönəlib”, deyə Sallivan bildirib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin sözlərinə görə, Bayden administrasiyası texnologiyaların ABŞ-a qarşı başqa ölkələr tərəfindən istifadə edilməməsini təmin etmək öhdəliyi götürür. Sallivan ABŞ və Çin arasında ticarətin 2022-ci ildə rekord həddə çatdığını vurğulayıb.

Eyni zamanda, prezidentin köməkçisi etiraf edib ki, Vaşinqton Pekinlə rəqabət aparır, lakin qarşıdurmaya can atmır.

“Asiya dövləti ilə əməkdaşlıq mümkün olan məsələlər üzrə gedir”, deyə Sallivan fikrini yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar